Ənvər Qazıyev
Haqqında
Təhsili və pedaqoji fəaliyyəti Ənvər Məmməd oğlu Qazıyev Şəkidə anadan olub. 1922–1926-cı illərdə Şəki Pedaqoji Məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Şəki Nümunəvi Zəhmət Məktəbində müəllim kimi çalışıb. 1927–1928-ci illərdə Qutqaşen Kəndli Gənclər Məktəbinin təşkilində iştirak edib və burada dərs deyib.
1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin jurnalistika şöbəsinə daxil olub və 1935-ci ildə təhsilini başa vurub. Tələbəlik illərində “Yeni yol” qəzetinin redaksiyasında işləyib.
Ədəbi və mətbuat fəaliyyəti 1920-ci illərdən etibarən “Dağıstan füqərası” qəzetində və “Maarif yolu” jurnalında şeir, hekayə və oçerkləri dərc olunub. 1925–1931-ci illərdə Mahaçqalada Azərbaycan türkcəsində nəşr olunan “Dağıstan füqərası” qəzetində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra isə "Bakinski Raboçi" qəzetində də fəaliyyət göstərib.
1936-cı ildən “Ədəbiyyat qəzeti” ilə əməkdaşlığa başlayıb, teatr və incəsənət mövzularında məqalələrini burada yayımlayıb. 1938-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib və “Sidqi Ruhulla” monoqrafiyasını tamamlayıb.
İkinci Dünya müharibəsi dövründə fəaliyyəti 1942-ci ilin avqustunda əsirlikdən azad edildikdən sonra almanlarla əməkdaşlığa başlayıb. Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyinin tərkibində Sovet İttifaqına qarşı psixoloji müharibə aparan “Vineta” şöbəsinin radio redaksiyasında Azərbaycan bölməsinə rəhbərlik edib. Daha sonra Radio Verilişləri Xidmətinin Azərbaycan redaksiyasına baş redaktor təyin olunub. Eləcə də Azərbaycan Rabitə Heyətində radioveriliş bölməsinə rəhbərlik edib.
Onun rəhbərliyi dövründə redaksiyanın işçi heyəti bütövlükdə azərbaycanlı keçmiş hərbi əsirlərdən formalaşdırılıb. Burada Məmməd Kərimov, Zöhrab Kəsəmənli, Rəhilə Muradova, Tofiq Orucəliyev, Zöhrə Rəhimbəyova, Minəxanım Məlikova, Zöhrə Məmmədova, Şamil Əzizov və Rza Sadıqzadə çalışıblar.
1943-cü ildə yaradılmış Azərbaycan Milli Birlik Məclisinin üzvü olub.
Milli Birlik Məclisinin mətbuat orqanı olan “Milli Birlik” jurnalında da yazıları dərc olunub. 1944-cü ilin dekabrında onun rəhbərliyi ilə Berlində “Hücum” qəzetinin nəşrinə başlanılıb. Cəmi üç nömrəsi çıxan qəzet 1945-ci ilin yanvarında Berlinin bombalanması zamanı redaksiyasının məhv olması səbəbindən fəaliyyətini dayandırıb.
Türkiyə konsulu Ənvər Qazıyev və Adəm Qardaşbəyliyə rusların əlinə keçməsinlər deyə Türkiyə pasportu verib. Bu pasportlara əsasən Ənvər bəy özünə "Ənvər Anar", Adəm Qardaşbəyli isə "Kadri Başaran" adını götürüb.
Ənvər Qazıyev Fətəlibəylinin tapşırığı ilə Türkiyəyə gedib və orada fəaliyyət göstərən İngiltərə və ABŞ səfirləri ilə görüşüb. Azərbaycan Könüllü Ordusunun əsgər və zabitlərinin Sovet hökumətinə verməmələri üçün onlara müraciət etsə də bu istəyi qəbul olunmayıb. Daha sonra Türkiyə polisi Qazıyevi və Adəm Qardaşbəylini həbs edib.
Ziyad Əbüzziya onların azad olunmaları üçün Ankarada bəzi r əsmilərlə görüşlər keçirsə də bu mümkün olmayıb.
və 1945-ci il avqustun 6-da digər 194 əsirlə birlikdə Sovet hökumətinə təhvil verib.
Təhvil verilmiş əsirlərin arasında olan Ənvər Qazıyev və Adəm Qardaşbəylinin bu siyahıya daxil edilməsinin doğru olmaması ilə bağlı Türkiyə Böyük Millət Məclisində müzakirələr gedib. Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Azərbaycan redaktorları