İmam Əli: İnsan ədalətinin səsi () — Bu əsər Corc Cordaq tərəfindən şiələrin ilk imamı Əli (ə) haqqında yazıdığı və 1956 ildə Beyrutda Dar əl-Fikr əl-İslamiyyə Nəşriyyatı tərəfindən nəşr olunmuş və İslam dünyasında geniş diqqət çəkən kitabın adıdır.
Məzmunu I cild – İmam Əli və insan hüquqları
İmam Əli haqqında yüzlərlə kitab yazılıb. Minlərlə kitabda, yüz minlərlə məqalə və çıxışda İmam Əlidən sitatlar gətirilib. Yüz milyonlarla insan müxtəlif yollarla ona öz sevgisini bildirib. Ancaq xristian alimi Corc Cordaq yazdığı “İmam Əli – İnsan ədalətinin səsi” kitabı ilə bu böyük şəxsiyyəti tamamilə yeni bir üslubda təqdim edir. Cordaq İmam Əlinin şəxsiyyətini tanıtdırarkən qarşımızda sağlam və nümunəvi bir şəxs canlanır. Müəllif İmamı müqəddəsləşdirmir, əksinə, onun hikmətli kəlamlarını təhlil edərək göstərir ki, istənilən bəşər övladı insanlığın bu uca zirvəsinə çata bilər. Kitabda İmam Əlinin daha çox rəhbərlik, xalqa əl tutmaq, onlara yol göstərmək kimi xüsusiyyətlərindən bəhs olunur. İmam buyurur: “Mənə müsəlmanların rəhbəri deyildiyi halda, necə ola bilər, onların çətin günlərinin həmdəmi və şəriki olmayım?!” Əsərin “İmam Əli və insan hüquqları” adlı birinci cildində insanın əsl dəyərinin kamil insan güzgüsündə necə möhtəşəm şəkildə əks olunduğunu görəcəksiniz.
II cild – İmam Əli və insan hüquqları
III cild – İmam Əli və Sokrat
IV cild – İmam Əli və yaşadığı dövr
V cild – İmam Əli və ərəb etnosu
Həmçinin bax İmam Əli (ə) Corc Cordaq
İstinadlar
Xarici keçidlər Corc Cordaq - Parlaq imzalar nəşriyyatı
Kateqoriya:Əli Kateqoriya:Bioqrafiya (janr) Kateqoriya:Kitab