Əliəfsər (Əlövsər) Əliməmməd oğlu Nəcəfov (1896 - 1929) - azərbaycanlı ictimai-siyasi xadim və pedaqoq, Azərbaycan Xalq Cümhuriyyəti İşlər İdarəsinin katibi (1918-1920), repressiya qurbanı.

Erkən həyatı və təhsili Əliəfsər Nəcəfov 1896-cı ildə Nuxa şəhərində, xırda ticarətçi ailəsində anadan olub. Onun soy-kökü Şəkidə «Yetim Nəcəflər» ayaması ilə tanınırdı. Ana babası Hacı Mirbaba Şəkinin tanınmış çavuş-zəvvarlarından biri olmuşdur. Orta təhsilini bitirdikdən sonra, 1911-ci ildə Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul olunub və 1917-ci ildə təhsilini bitirib. Ərəb, fars, türk və rus dillərini mükəmməl öyrənmişdi. Təhsilini bitirdikdən sonra Bakı şəhərinə köçüb və Bakı real məktəbində fizika-riyaziyyat müəllimi kimi çalışmağa başlayıb.Hafiz Sadıq. "Yarımçıq qalmış ömür", "Azərbaycan müəllimi (qəzet)", 26 iyun 1992-ci il.

Siyasi fəaliyyəti 1918-ci ildə, Əliəfsər "Türk Ədəmi-Mərkəziyyət" (Müsavat) partiyasına üzv olur. Həmin il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyəti elan olunduqdan sonra, Müsavat partiyasının Bakı Komitəsinin fəal üzvlərindən birinə çevrilir.

1918-ci ildə, Əliəfsər Nəcəfov yeni yaranmış respublikanın Nazirlər Şurasının İşlər İdarəsinin katibi vəzifəsinə təyin edilir.Azərbaycan Cümhuriyyəti Tarixinin Yadigarları (Kataloq). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. Bənd 156: Fotoşəkil (paspartu üzərində). AXC Hökuməti katibinin köməkçisi və "Müsavat" partiyasının üzvü olmuş Əliəfsər Əli Məmməd oğlu Nəcəfov və həyat yoldaşı – Hökumətin İşlər İdarəsi Dəftərxanasının işçisi Səyyarə Seyfulla bəy qızı Atamalıbəyova. SMF inv. № 4401. İşlər İdarəsi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ümumi fəaliyyətini tənzimləyən, kargüzarlıq işlərini həyata keçirən mərkəzi icraedici qurum olmuşdur. Əliəfsər müstəqillik dönəmində bu vəzifəni icra edir və Nazirlər Şurasının iclaslarında iştirak edir.

AXC-nin süqutundan sonra, Əliəfsər Gizli Müsavatın üzvü kimi fəaliyyətini davam etdirir. Sovet hakimiyyəti dönəmində, qısa müddət Nərimanov adına Neft Sənayesi Texnikumunda çalışır.

Həbsi və ölümü thumb|right|300px|Əliəfsər Nəcəfov AXC Nazirlər Şurasının iclasında, soldan birinci 1927-ci ildə, Əliəfsər Nəcəfov anti-Sovet fəaliyyətinə görə NKVD tərəfindən həbs edilir və eyni ildə, müsavatçı-pantürkist kimi 8 illik həbs hökmü alır. Bundan sonra Solovki əsir düşərgəsinə sürgün edilir. 300 nəfərə qədər müsavatçı olan həmin düşərgədə, müsavatçı məhbuslar etiraz əlaməti olaraq 4 dəfə aclıq elan etmişlər. Sonuncu aclıq aksiyası 56 gün davam edir və Əliəfsər Nəcəfov aclığın 53-cü günündə vəfat edir. Digər məhbuslar kimi, Solovski adasında, adsız məzarlıqda dəfn edilib.

SSRİ Ali Sovetinin 16 yanvar 1989-cu il tarixli fərmanına əsasən «Solovki qəhrəmanları» hökmlərinə görə tam bəraət almışdılar.

Ailəsi thumb|right|250px|Əliəfsər Nəcəfov və həyat yoldaşı, Səyarə xanım

1920-ci ildə, Əliəfsər Nəcəfov ziyalı xanım Səyarə Atamalıbəyova ilə ailə həyatı qurur. Səyarə xanımın atası, Seyfulla bəy Atamalıbəyov, əslən Şamaxıdan olan və Çar Rusiyası ordusunda xidmət etmiş polkovnik rütbəli hərbi xadim idi. Səyarə xanımın qardaşı, Abbas bəy Atamalıbəyov siyasi xadim kimi fəaliyyət göstərib və 1919-cu ildə, Paris Sülh Konfransında ABŞ prezidenti Vudro Vilson ilə görüşmüş Azərbaycan nümayəndə heyətinin üzvü olub. Əliəfsər Nəcəfov hüquqşünas və ictimai-siyasi xadim, Abbasəli bəy Makinski ilə bacanaq olub.Исмаилов Э. Р. Власть и народ. Послевоенный сталинизм в Азербайджане (1945–1953). — Баку: «Адильоглы», 2003. — С. 130.

Əliəfsər və Səyarə Nəcəfovların ailəsində iki uşaq olub - Asya və Çingiz. Asya xanım həkim-psixiatr kimi fəaliyyət göstərib və azərbaycanlı rəssam, SSR əməkdar incəsənət xadimi Sadıq Şərifzadə ilə ailə qurub. Çingiz Nəcəfov da həkim kimi fəaliyyət göstərib və 1971-ci ildə dünyasını dəyişmişdir. Çingizin oğlu, Fariz Nəcəfov azərbaycanlı orqan ifaçısı, əməkdar artist Rəna İsmayılova ilə ailə qurub və daha sonradan Almaniyaya köçüb.

İstinadlar