Georq Karl Fridrix Frans (; ) — Saksen-Altenburq hersoqu.
Həyatı 24 iyul 1796-cı ildə Hildburqhauzendə dünyaya gəldi. Atası Saksen-Hildburqhauzen hersoqu Frederik, anası isə Böyük Meklenburq-Strelitz hersoqu II Karlın qızı Şarlotta Georginadır. 1804-cü ildən etibarən Avstriya ordusunda xidmət etdi. Böyük qardaşı Jozeflə birlikdə fransızlara qarşı vuruşdu və Leypsiq döyüşündən sonra Parisə qələbəylə daxil oldu. Ancaq 1814-cü ildə yaralandı və hərbi karyerasını sonlandırmağa məcbur oldu.
1816-1820-ci illərdə Heydelberq Universitetində təhsilini tamamladı. Bu müddət ərzində Bavariya kralı I Maksimilyanın şəxsi yavəri seçildi.
7 oktyabr 1825-ci ildə Böyük Meklenburq-Şverin vəliəhdi Fridrix Lüdovikin qızı Mariya Luiza ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
I Ernest (1826-1908) Albert Frederik (1827-1835) Moris Frans (1829-1907)
Atasının vəfatının ardından 1834-cü ildə böyük qardaşı Jozef taxta çxıdı. Ancaq qardaşının oğul varisi yox idi və bu səbəblə, onun səltənəti boyunca taxt varisi oldu. Qardaşının 1848 inqilabları əsnasında taxtdan çəkilməsiylə taxt-taca sahibləndi.
1853-cü ilin mayında sağlamlıq problemləri səbəbilə böyük oğlu Ernesti naib seçdi. Ancaq çox keçmədən 3 avqustda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992
İstinadlar
Kateqoriya:Avstriya generalları