mkdir (ing. Make directory – Kataloq yarat) ― Unix, Linux, FreeBSD, DOS, OS/2, Microsoft Windows, ReactOS və s. əməliyyat sistemlərində yeni kataloq (qovluq) yaratmaq üçün istifadə olunan komandadır. DOS, OS/2, Windows və ReactOS sistemlərində komanda çox vaxtı md olaraq yazılır.
Sintaksis $ mkdir kataloq_adıkataloq_adı adlı kataloq (qovluq) yaradır.
Həmçinin, Windows və Unix sistemlərində birdən çox kataloq adı sıralamaqla eyni komandayla bir neçə kataloq yaratmaq mümkündür.
Seçimlər Unix, Linux, FreeBSD və başqa Unix bənzəri sistemlərdə aşağıdakı komanda seçimləri mövcuddur.
-p – Ehtiyac olarsa valideyn kataloqları yarat. -m mode – Yeni kataloqu mode icazə modu (bitləri) ilə yarat. -v – Yaradılan bütün kataloqların adını bir-bir ekrana çıxar.
Nümunələr scripts adlı kataloq (qovluq) yaradır.$ mkdir scriptssekiller, musiqi və videolar adlı 3 kataloq yaradır.$ mkdir sekiller musiqi videolarHəm math kataloqunu, həm də valideyn documents və books kataloqlarını yaradır.$ mkdir -p documents/books/math # Unix, Linux, FreeBSD və s. $ mkdir documents/books/math # Windows, ReactOSproqramlar kataloqunu 755 icazə modu (bitləri) ilə yaradır.$ mkdir -m 755 proqramlar # Unix, Linux, FreeBSD və s.
Həmçinin bax
Unix utilitlərinin siyahısı Cmd.exe
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə proqramlar Kateqoriya:Utilitlər Kateqoriya:Unix Kateqoriya:Windows əmrləri Kateqoriya:Linux üçün proqram təminatları Kateqoriya:Abreviaturlar