Şərqi Afrika kampaniyası — Birinci Dünya müharibəsində Almaniya Şərqi Afrikasında başlayan, sonradan Mozambik, Rodeziya, Britaniya Şərqi Afrikası, Uqanda və Belçika Konqosunun müəyyən ərazilərinə yayılan bir sıra döyüşlər və partizan əməliyyatlarından ibarət münaqişə. Almanlar Mozambik ərazisinə keçərək Portuqaliya təchizatı hesabına mübarizəni davam etdirdikdə, 1917-ci ilin noyabrında Almaniya Şərqi Afrikasındakı kampaniya demək olar ki, başa çatdı.

General-mayor Paul fon Lettov-Forbekin rəhbərlik etdiyi Almaniya kolonial qüvvələrinin strategiyası Antanta qoşunlarını Qərb cəbhəsindən Afrikaya çəkmək idi. O, Almaniya Şərqi Afrikasından sıxışdırılıb çıxarıldıqdan sonra, 1917-ci ildən etibarən bu strategiyanın səmərəliliyi azaldı. Bununla belə, Afrikadakı kampaniya Müttəfiqlərin digər cəbhələrə yönəldə biləcəyi böyük həcmdə maliyyə və hərbi resurslarını sərf etdi.

Şərqi Afrikadakı almanlar bütün müharibə boyunca döyüşdülər və barışıq xəbərini 14 noyabr 1918-ci ildə, saat 07:30-da aldılar. Hər iki tərəf təsdiq gözlədi və almanlar rəsmi olaraq 25 noyabrda təslim oldular. Nəticədə Almaniya Şərqi Afrikası Millətlər Liqasının "B" kateqoriyalı iki mandatlı ərazisinə, Britaniyanın Tanqanika ərazisinə və Belçikanın Ruanda-Urundisinə bölündü, Kionqa üçbucağı isə Portuqaliyaya güzəştə gedildi.

Qeydlər

Mənbə

İstinadlar

Ədəbiyyat

Books

Journals

Websites

Əlavə ədəbiyyat

Books

Journals

Theses

Xarici keçidlər

The Evacuation of Kasama in 1918 The German East Africa Campaign 1914–1918 The War with Germany in East Africa Rutherford, Alan. Kaputala, 2nd edition, Hand Over Fist Press, 2014. The Zeppelin Airship Era Digre, Brian : Colonial Warfare and Occupation (Africa) , in: 1914–1918-online. International Encyclopedia of the First World War.

Kateqoriya:1914-cü ildəki münaqişələr Kateqoriya:1915-ci ildəki münaqişələr Kateqoriya:1916-cı ildəki münaqişələr Kateqoriya:1917-ci ildəki münaqişələr Kateqoriya:1918-ci ildəki münaqişələr Kateqoriya:Afrika müharibələri Kateqoriya:Almaniyanın döyüşləri Kateqoriya:Birinci Dünya müharibəsi döyüşləri Kateqoriya:Birləşmiş Krallığın döyüşləri Kateqoriya:Burundi tarixi Kateqoriya:CAR-ın hərb tarixi Kateqoriya:Portuqaliyanın hərb tarixi Kateqoriya:Tanzaniya tarixi