kiçik|280px|Müasir taxta saplı mətbəx satırı.

Satır və ya sətir — enli, ağır və düzbucaqlı tiyəyə malik, əsasən ət, sümük, qığırdaq və bərk tərəvəzləri çapmaq, doğramaq və ya kəsmək üçün istifadə olunan ağır bıçaq türü və kəsici alət. Konstruksiyasına görə balta ilə bıçaqın xüsusiyyətlərini özündə birləşdirir.

Satır əsasən qəssablıqda, mətbəxdə, kənd təsərrüfatında və bəzi tarixi döyüş növlərində geniş tətbiq olunur. Bu alət kəsici ağzının zərbələrə dözümlü olması və hərəkət sürətindən (impulsdan) istifadə edərək birbaşa dərin çapma əməliyyatını yerinə yetirməsi ilə fərqlənir. Arxeoloji tapıntılar göstərir ki, satır tipli alətlər hələ Aşel mədəniyyəti dövründən istifadə olunur.

Rusiya leksikoqrafı Vladimir Dal özünün «İzahlı lüğət»ində satırı «bıçaqdan baltaya keçid təşkil edən ağır mətbəx və qəssab bıçağı» kimi xarakterizə etmişdir.В. И. Даль. Толковый словарь живого великорусского языка. Kamçatka diyarında bu tipli alətlər xalq arasında batas da adlandırılır.

Konstruksiya və dizayn kiçik|sağda|250px|Mətbəx satırı iş prosesində.

Adi mətbəx bıçaqlarından fərqli olaraq, satır böyük kütləyə və daha qalın tiyəyə malikdir. Bu xüsusiyyət alətin sümük və ya sərt qığırdaqla toqquşduğu zaman əyilməsinin, sınmasının və ya deşilməsinin qarşısını alır.

Tiyə (klink): Satırın tiyəsi adətən 15–20 sm (bəzi modellərdə 30–50 sm-dək) uzunluğunda və 8–12 mm (bəzən 5–7 mm) qalınlığında olur. Kəsici ağzın itiləmə bucağı təxminən 25°–30° (bəzən 45°-dək) təşkil edir. Adi mətbəx bıçaqlarında itiləmə bucağı 15°–22° olduğu halda,Şərqi Asiya mətbəx bıçaqlarının itiləmə bucağı adətən 15°–18°, Qərb mətbəx bıçaqlarının isə 20°–22° təşkil edir. satırda bu bucağın daha geniş olması kəsici hissənin zərbələr zamanı zədələnməsinin qarşısını alır. Satırın kəsmə mexanizmi mişarlamaqdan ziyədə impulsiv çapmaya və alətin öz çəkisinin yaratdığı qüvvəyə əsaslanır. Tiyənin arxası (küt tərəf): Tiyənin arxa hissəsi baltadakı kimi deyil, biritilənmiş bıçağın küt arxasını xatırladır. Ağırlıq mərkəzini önə keçirmək üçün bəzi modellərdə tiyənin uca doğru genişlənməsi («daban» hissəsi) müşahid olunur. Tiyənin yuxarı ön küncündə adətən xüsusi kiçik dəlik saxlanılır. Bu dəlik aləti divardakı qarmaqdan asmaq üçün nəzərdə tutulub; belə ki, satırı masanın üzərinə üfüqi qoyduqda kəsici ağzı kütləşə və ya zədələnə bilər. Dəstək (sap): Dəstək adətən tiyənin davamı olan metallik mil (xvostovik) üzərinə bərkidilmiş taxta, plastik və ya metal lövhələrdən ibarət olur. Çəki və ölçü: Satırın ümumi uzunluğu orta hesabla 25–30 sm olsa da, 50 sm-dən uzun nümunələri də mövcuddur. Ümumi kütləsi hazırlanan materialdan və ölçüsündən asılı olaraq 1 ilə 2 kq arasında dəyişir (bəzi peşəkar qəssab satırları 3 kq-dan ağır ola bilər).

Növləri kiçik|250px|Ət doğramaq üçün peşəkar mətbəx satırı. kiçik|250px|Fransız tipli qəssab satırının sxemi.

Təyinatından və istifadə olunduğu sahədən asılı olaraq satırın bir neçə əsas növü var:

Aşpaz (mətbəx) satırı kiçik|sağda|250px|Çin aşpaz bıçağı (yuxarıda) və köhnə Şimali Amerika satırı (aşağıda). Mətbəxdə və qəssabxanalarda ət, heyvan cəsədlərinin (but, qabırğa və s.) parçalanması, oynaqların ayırılması və bərk tərəvəzlərin doğranması üçün istifadə olunur. Tiyəsinin enli hissəsindən həmçinin sarımsaq və ya ədviyyatları əzmək, doğranmış ərzaqları lövhədən götürüb qaba tökmək üçün kürək kimi istifadə edilir.

Bağ satırı

Ağac budaqlarını kəsmək, kol-kosları təmizləmək üçün tətbiq edilir. Quruluşuna və formasına görə baltadan daha çox maçeteyə yaxındır. Kəsici ağzı adətən əvvəlcə düz gedir, uc hissədə isə irəliyə doğru əyilərək oraqvari forma alır. Çəkisi mətbəx satırından daha yüngüldür (ortalama 400–600 qram, maksimum 1 kq-dək).

Tövlə (nalbənd) satırı At tövlələrində və nalbəndlik işində istifadə olunan xüsusi alətlər dəstinə daxildir. Bu satır vasitəsilə atların dırnaqlarında uzanmış bərk buynuz təbəqəsi çapılaraq təmizlənir. Dəstəyə keçirilmiş və bir tərəfi itilənmiş polad zolaq görünüşündədir. Ümumi uzunluğu təxminən 30 sm olur.

Silah kimi satır Tarixən ağır kəsici alətlər döyüşlərdə də tətbiq olunmuşdur. Məsələn, Çin hərb tarixində piyada əsgərlər düşmən süvarilərinin atlarının ayaqlarını kəsmək üçün «at satırı» (, janmadao) adlı xüsusi uzun tiyəli və gödək dəstəkli silahdan istifadə edirdilər.

İstifadəsi Satır əsasən nazik və ya yumşaq sümükləri, vətərləri kəsmək üçün nəzərdə tutulub. Məsələn, toyuq cəsədinin sümüklərini kəsmək, qabırğaları ayırmaq üçün əvəzolunmazdır. Həmçinin, nazik tiyəli bıçaqların sınma riski olduğu sərt tərəvəzlərin (məsələn, balqabaq) doğranmasında istifadə edilir.

Lakin satır çox qalın və iri sümükləri (məsələn, iribuynuzlu heyvanların iri bud sümüklərini) kəsmək üçün nəzərdə tutulmayıb. Belə hallarda satırdan deyil, əl və ya elektrikli sümük mişarından istifadə olunur.

Şərqi Asiya ənənəsində Çin aşpaz bıçağı Çin mətbəxində geniş istifadə olunan və adətən «Çin satırı» (, tsaydao) adlandırılan bıçaq, xarici görünüşcə düzbucaqlı formasına görə satıra bənzəsə də, əslində klassik satır deyildir. Bu bıçaqların tiyəsi çox nazik olur və universallıq təşkil edir — sümüksüz ətlərin dilimlənməsi, tərəvəzlərin doğranması və əzilməsi üçün işlədilir. Sümüklü ətlərin çapılması üçün isə Çində də Qərb satırına bənzər daha ağır və qalın tiyəli xüsusi satırlar istifadə olunur.

Yaponiya kiçik|220px|Müxtəlif ölçülü yapon Deba boço bıçaqları.

Yapon mətbəxində satırın funksiyasını qismən yerinə yetirən əsas alət Deba boço () bıçağıdır. Bu bıçaq əsasən balıqların başını kəsmək, balığı təmizləmək və yüngül ət işləri üçün nəzərdə tutulmuşdur.

Mədəniyyətdə Satır obrazı Çin klassik fəlsəfəsində və ədəbiyyatında da öz əksini tapmışdır:

Çjuan-tsı rəvayəti: «Çjuan-tsı» kitabının 3-cü fəslində Qəssab Dinin öküzü necə ustalıqla soyub parçalamasından bəhs edilir. Qəssab Din satırını illərlə itiləmədən istifadə etdiyini, çünki sümüyün özünü kəsmədiyini, bıçağın tiyəsini oynaqlar və sümüklər arasındakı bərk olmayan boşluqlardan rahatlıqla keçirdiyini bildirir. Konfutsianlıq: Konfutsi alicənab insan (tszun-tsı) ideallarını izah edərkən «Toyuq kəsmək üçün öküz satırından istifadə etməyə dəyərmi?» kəlamını işlətmişdir. Bu ifadə kiçik və əhəmiyyətsiz işlər üçün həddindən artıq böyük resurs və ya güc tətbiq etməyin yersizliyini vurğulayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bıçaqlar Kateqoriya:Mətbəx alətləri Kateqoriya:Kəsici alətlər Kateqoriya:Soyuq silahlar