Hessen-Darmştadtlı Lüdovik Georq Karl Fridrix (; ) — Böyük Hesse hersoqu I Lüdovikin oğlu, Napoleon müharibələrinin iştirakçısı.
31 avqust 1780-ci ildə Darmştadtda dünyaya gəldi. Atası Hessen-Darmştadt landqrafı IX Lüdovikin oğlu vəliəhd-şahzadə Lüdovik, anası isə onunla əmiqızı olan xanımı Hessen-Darmştadtlı Lüdovikadır. Hərbi karyera üzrə təlim-tərbiyə aldı. 1791-ci ildə Avstriya ordusunda xidmətə göndərildi. 1807-ci ildə Hessen ordusuna döndü və qısa zamanda Hessen piyada birliklərinin generalı təyin olundu.
29 yanvar 1804-cü ildə macar əsilli Karolina Török de Szendroyla evləndi. Bu evlilik monarxial deyildi. Üstəlik, nigahın ardından xanımının dini olan katolik məzhəbinə keçdi. Bu səbəblə, özünün və özündən sonra gələn şəcərəsinin taxt hüququ əlindən alındı. Cütlüyün bu nigahdan bir qızı doğulsa da, 1827-ci ildə boşandılar.
Luiza Şarlotta Georgina Vilhelmina (1804-1833)
Bundan başqa qrafinya Adelhayd Restidən doğulan nigahdan kənar bir qızı olduğu bilinir.
Anna Seeger (1803-1856)
Boşanmasının ardından bir müddət Triest və Venesiyada yaşadı. Ardından 1830-cu ildə Hessenə qayıtdı. 1821-1849-cu illərdə Hessen parlamentinin üzvü kimi fəaliyyət göstərdi. 17 aprel 1856-cı ildə Darmştadtda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Eckhart G. Franz (Hrsg.): Haus Hessen. Biografisches Lexikon. (= Arbeiten der Hessischen Historischen Kommission N.F., Bd. 34) Hessische Historische Kommission, Darmstadt 2012, ISBN 978-3-88443-411-6, Nr. HD 69, S. 343–344 (Eckhart G. Franz). Genealogisches Staatshandbuch, Frankfurt am Main, 1839, S. 101. Jochen Lengemann: MdL Hessen. 1808–1996. Biographischer Index (= Politische und parlamentarische Geschichte des Landes Hessen. Bd. 14 = Veröffentlichungen der Historischen Kommission für Hessen. Bd. 48, 7). Elwert, Marburg 1996, ISBN 3-7708-1071-6, S. 182. Klaus-Dieter Rack, Bernd Vielsmeier: Hessische Abgeordnete 1820–1933. Biografische Nachweise für die Erste und Zweite Kammer der Landstände des Großherzogtums Hessen 1820–1918 und den Landtag des Volksstaats Hessen 1919–1933 (= Politische und parlamentarische Geschichte des Landes Hessen. Bd. 19 = Arbeiten der Hessischen Historischen Kommission. NF Bd. 29). Hessische Historische Kommission, Darmstadt 2008, ISBN 978-3-88443-052-1, Nr. 359.
İstinadlar