thumb|Ərtoğrul məscidi Ərtoğrul məscidi () — Türkiyənin Bursa şəhərində yerləşən məscid. Məscid Bursa şəhərində Cümhuriyyət küçəsi üzərində, Geyvə Xanın (tikili) aşağı hissəsində yerləşir. Tarixçəsi thumb|Ərtoğrul məscidinin interyeri Məscid İldırım Bəyazidin ən böyük oğlu və taxtına varisi kimi tanınan Ərtoğrul Çələbi adına tikilmişdir. Aydın sancaqbəyi olan şahzadə 1392-ci ildə vəfat edib. Qaramanoğulları, Gərmiyanoğulları, Məntəşəoğulları, Aydınoğulları İldırım Bəyazidin Anadoluda türk birliyini təmin etmə siyasətinə əsaslanan və bu məqsədlə yaradılan bəyliklərdən bəziləridir. O, bu bəylikləri Osmanlıya qataraq Anadoluda türk birliyini yaratmağa çalışıb. Bu məqsədlə Aydın sancaqbəyi olaraq şahzadə Ərtoğrul bəy vəzifələndirilmişdir. Anadoludakı güclü bəyliklərdən biri olan Qazi Bürhanəddin bəyliyi ilə mübarizə apararkən Çorum yaxınlığındakı Qırxdilim döyüşündə (1392-ci ilin iyulu) şahzadə Ərtuğrul bəy həlak olub. Nəşi Bursaya gətirilərək öz adına tikdirilmiş olan bu məscidin həyətində dəfn edilib. Tikintisi thumb|Şəhzadə Ərtoğrulun məscidin həyətindəki məzarı Məscid tarix boyu bir çox dəfə yanaraq bərpa edilmiş və dəyişikliklər edilmişdir. 1855-ci il Bursa zəlzələsindən də az zərərlə qurtulub. Gövdə divarları moloz daş və kərpic sıraları ilə hörülüdür. Düzbucaqlı planlı məscidin əsas ibadət məkanı 9,97 x 10,40 metr ölçüsündədir. Şimal fasadında yerləşən qapalı tipli son camaat yeri (camaatın namazdan əvvəl və ya sonra toplandığı yer) isə 5,00 x 10,00 metr ölçülərindədir. Kirəmitlə örtülü taxta damlı əsas ibadət məkanında cəmi on səkkiz pəncərə mövcuddur. Külahına qədər suvaqlı minarəsi qərb divarına bitişikdir. Qaracəbəy bazarı, Köhnə Yeni Xan, Qazaskər hamamı, altı dükan və səkkiz otağın bu məscidin vəqfidir.Baykal, Bursa ve Anıtları, 107; Bursa Ansiklopedisi, Cilt 2, 661; Kaplanoğlu, Bursa Anıtlar Ansiklopedisi, 53Türküye Kültür Portalı, “Kültür Envanteri Anıt”, erişim: 17 Mayıs 2024, https://www.kulturportali.gov.tr/turkiye/bursa/kulturenvanteri/ertugrul-camii Bursa Araştırmaları Merkezi, “Bursa Çarşısı’ndaki Dini Yapılar”, erişim 17 Mayıs 2024, https://www.bursaarastirmalarimerkezi.com/bursa-carsisindaki-dini-yapilar/ İstinadlar

Kateqoriya:Bursa Kateqoriya:Türkiyə məscidləri