Seymur Məmməd oğlu Məmmədov () — Azərbaycan bilyardçısı. Bilyardın piramida növü üzrə dünya və üçqat Avropa ikincisi. Azərbaycan Bilyard Federasiyasının prezidenti (2024–h.h.)
Həyatı 17 dekabr 1985-ci ildə bilyard ustası, Azərbaycan Bilyard Federasiyasının yaradıcısı Məmməd Məmmədovun ailəsində anadan olub. Uşaq vaxtlarından bilyard ilə məşğul olmağa başlayıb.
2003-cü ildə dünya və Avropa çempionatında debüt edib və müvafiq olaraq on yeddinci və beşinci olub.
2005-ci ilin may ayında Kişinyovda təşkil olunmuş Avropa çempionatında cari Avropa çempionu Kanıbek Saqındıkov da daxil olmaqla beş rəqibini üstələyərək finala yüksəlib, lakin həlledici görüşdə keçmiş dünya çempionu Yaroslav Vinokura 6–7 hesabı ilə məğlub olaraq ikinciliklə kifayətlənib. Eyni ilin sentyabr ayında Qafqaz Kubokunun finalında rusiyalı Kirill Anişenkonu 5–3 hesabı ilə üstələyərək yarışın qalib olub. Noyabr ayında dünya çempionatının dörddə bir finalında Belarus təmsilçisi Yevgeni Kurtaya minimal hesabla (4–5) məğlub olaraq çempionatla vidalaşıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan bilyardçıları