Qurabəy Abdulla oğlu Qarayev (, ) — Azərbaycanlı Rusiya Federasiyasının hərbi qulluqçusu, hücum briqadasının komandiri və qvardiya polkovniki. Rusiya-Ukrayna müharibəsinin iştirakçısı, Rusiya Federasiyası Qəhrəmanı (2025).
Həyatı Qurabəy Qarayev 9 may 1990-cı ildə Dərbənd rayonunun Məmmədqala kəndində anadan olub. O, milliyyətcə azərbaycanlıdır. Kənd orta məktəbini bitirdikdən sonra o, Tula Artilleriya Mühəndisliyi İnstitutuna daxil olub. Lakin 2010-cu ildə, artıq o, 5-ci kursda oxuyarkən İnstitut ləğv edilib, Q.Qarayev isə N.N. Voronova adına Penza Artilleriya Mühəndisliyi İnstitutuna köçürülüb və həmin institutu 2011-ci ildə bitirib.
2011-ci ildən RF Silahlı Qüvvələrdə, əvvəlcə Çinlə sərhəddə yerləşən Yəhudi Muxtar Vilayətində xidmət edib, sonra oradan Saxalin vilayətinə göndərilib. İlk günlərdən mayor rütbəsi ilə Rusiya-Ukrayna müharibısində iştirak edib, vaxtından əvvəl podpolkovnik və polkovnik rütbəsinə yüksəlib.
2022-2023-cü illərdə tabor komandiri kimi hücumlara qoşulub. O, ilk Rusiya Cəsarət Ordenini Novomixaylovka istiqamətində gedən döyüşlərdə, ikincisini isə Vodyanoye kəndi uğrunda gedən döyüşlərdə alıb.
9 noyabr 2025-ci ildə Dağıstan Respublikasının başçısı Sergey Melikov özünün Telegram kanalında Qurabəy Qarayevin hərbi əməliyyatlara rəhbərlik etdiyinə görə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görüldüyünü elan edib.Дагестанский полковник стал Героем России
Q.Qarayevin atası Abdulla Qarabəy oğlu Qarayev meşə müfəttişidir, anası Leyla Hacımurad qızı sahə tibb bacısıdır, böyük qardaşı Elçin isə orta məktəb müəllimidir. Onun Leyla adlı həyat yoldaşı, Abdullah adlı bir oğlu var.
Mükafat və təltiflər
Rusiya Federasiyasının Qəhrəmanı (2025), İki dəfə Cəsarət Ordeni , 2-ci dərəcəli RF-in "İgidliyə görə" medalı ,
İstinadlar
Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Rusiya Federasiyasının qəhrəmanları Kateqoriya:Rusiya azərbaycanlıları