VIII Alfonso () və ya Zadəgan Alfonso (; ) — Kastiliya kralı.
Həyatı 1155-ci ildə Soriyada dünyaya gəldi. Atası Kastiliya, Qalisiya və Leon kralı VII Alfonsonun oğlu vəliəhd-şahzadə Sanço, anası isə Navarra kralı Qarsiya Ramirezin qızı Blanşdır. Doğulduğu əsnada babası hələ taxtda idi və onun şərəfinə adlandırıldı. Hələ 2 yaşında ikən babası vəfat etdi və atası taxta çıxdı. Beləcə, taxt varisi oldu. Ancaq cəmi 1 il sonra atası anidən vəfat etdi və hələ 3 yaşında ikən kastiliya taxt-tacına çıxarıldı. Azyaşlı olması səbəbilə mərkəzi hakimiyyətə tabe olmaq istəməyən zadəganların əlində oyuncağa çevrildi. Naib olmaq uğrunda zadəganlar silahlı mübarizəyə başladılar.
1170-ci ildə hakimiyyəti ələ almağa başladı və paytaxt Toledonu ələ keçirdi. İlk iş olaraq, İngiltərə kralı II Henriyə elçi göndərərək qızı Elyanora Plantagenetlə evlənmək istədiyini bildirdi. Beləcə, siyasi nüfuz qazanmağa nail oldu. Bu yolla II HenriAkvitaniyanın cənub sərhədlərini qorumaq istəyirdi. VIII Alfonso isə Navarra krallığına qarşı siyasi müttəfiq axtarışında idi. Bu siyasi evliliyin nəticəsi olaraq 1177-ci ildə II Henri sərhəd bölgəsinə ordu yürütdü və burada Navarra krallığından gələ biləcək hücumlara qarşı tədbirlər gördü.
1200-cü illərin əvvəlində VIII Alfonso Qaskoniya mülkünü xanımının cehizi olduğunu irəli sürərək haqq iddia etdi. Bu iddia VIII Alfonsonun 1205-ci ildə xanımı adına bölgəni işğal etməsiylə nəticələndi. Ertəsi il qaynı I Con sülh müzakirələrinə başladı və bacısının cehizi tam ödənilənədək bölgənin işğalına göz yumdu. 1208-ci ildə cehiz tam ödənildi və Kastiliya ordusu Qaskoniyadan çəkildi.
1214-cü ildə vəfat etdi və Burqos yaxınlığındakı Santa Mariya kilsəsinə dəfn olundu.
Ailəsi 1170-ci ildə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetlə evləndi. Cütlüyün bu nigahdan 11 övladı doğulsa da, bunlardan yetkinlik yaşına çatmadı.
Berenqariya (1180-1246) Sanço (1181) Sança (1182-1185) Henri (1182-1184) Ferdinand (1184) Urraka (1187-1220) Blanş (1188-1252) Ferdinand (1189-1211) Mafalda (1191-1204) Elyanora (1200-1244) Konstansa (1202-1243) I Henri (1204-1217)
Mənbə
Ədəbiyyat
Costa, Ricardo da. "Love and Crime, Chastisement and Redemption in Glory in the Crusade of Reconquest: Alfonso VIII of Castile in the battles of Alarcos (1195) and Las Navas de Tolosa (1212)". In: Oliveria, Marco A. M. de (org.). Guerras e Imigrações. Campo Grande: Editora da UFMS, 2004, pp. 73–94 .
İstinadlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:XIII əsr Avropa hökmdarları Kateqoriya:Kastiliya infantları