Mahmud Məmməd oğlu Əfəndiyev (3 yanvar 1912, Dağ Kəsəmən, Qazax rayonu – noyabr 1975, Qazax) — kənd təsərrüfatı mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı (1948).
Həyatı və əmək fəaliyyəti Mahmud Məmməd oğlu Əfəndiyev 3 yanvar 1912-ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.
Goranboy rayonunda və Gəncə şəhərində baş aqronom, MTS direktoru, "Gəncə" sovxozunda direktor müavini, Şəmkir və Ağdərə rayonlararası filloksera ilə mübarizə stansiyasının direktoru və digər vəzifələrdə çalışmışdır.
1947-ci ildə kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlər əldə etmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Mahmud Əfəndiyev 1975-ci ilin noyabr ayında Qazax şəhərində vəfat etmişdir.
İstinadlar