Vişiştadvayta (, ) — Vedanta ənənəsinə aid vişnui fəlsəfi məktəb. "Diferensiasiyalı qeyri-dualizm" və ya "xüsusiyyətlərə malik təkəllahlıq" mənasına gələn Vişiştadvayta, Brahmanı Ali Reallıq kimi qəbul edən, eyni zamanda Onun çoxşaxəliliyini də təsdiqləyən qeyri-dualist (monist) fəlsəfədir. Bu təlim fəlsəfi ədəbiyyatda "ixtisaslaşdırılmış monizm" və ya "keyfiyyətli qeyri-dualizm" forması kimi səciyyələndirilir. Vişiştadvayta bütün müxtəlifliyin son olaraq tək bir mənbədən şaxələndiyini, hər bir fərqliliyin arxasında təməl bir vəhdətin dayandığı konsepsiyasını ifadə edir.
XI–XII əsrlərdə yaşamış mütəfəkkir və Vişiştadvayta fəlsəfəsinin əsas banilərindən biri olan Ramanuca, "Üç dayaqlı mənbə" mənasına gələn Prasthanatrayinin (Upanişadlar, Bhaqavat Gita və Braxma-sutralar), müstəqil varlıqların söykəndiyi vəhdəti nümayiş etdirəcək şəkildə şərh olunmasının zəruriliyini, əks halda bu mənbələrin daxili məntiqinin pozulacağını müdafiə etmişdir.
Vişiştadvayta fəlsəfəsinin inkişafında müstəsna rol oynamış digər görkəmli alim Vedanta Deşika bu təlimi belə tərif etmişdir: "Aseṣa Chit-Achit Prakāram Brahmaikameva Tatvam" (Şüurlu [civa] və şüursuz [aciva] sifətlərlə xarakterizə olunan Brahman yeganə həqiqətdir).
Əsas prinsiplər Vişiştadvaytanın üç fundamental prinsipi mövcuddur:
Tattva: Üç reallığın bilik və dərki; civa (şüurlu varlıqlar/ruhlar), aciva (şüursuz varlıqlar/maddə) və İşvara (Vişnu-Narayana və ya Parabrahman — Ali Varlıq, bütün varlıqların ilkin mənbəyi, qəlblərdə məskən salan və lütf bəxş edən). Hita: Bhakti (sədaqət/ibadət) və prapatti (tam təslimiyyət) kimi mənəvi dərk və agahlıq vasitələri. Puruşartha: Mokşa və ya maddi təhkimlikdən xilas olaraq yetişiləcək ali məqsəd.
Sanskritcə Viśiṣṭa sözü "xüsusiləşdirilmiş", "diferensiasiya olunmuş" və ya "keyfiyyət qazanmış" mənasını bildirir.
Varlıq nəzəriyyəsi
Ontologiya Vişiştadvayta ontologiyası İşvara (Parabrahman), şüurlu varlıqlar aləmi (çit-brahman) və şüursuz varlıqlar aləmi (açit-brahman) şəklində üç ontoloji təsnifata və bu varlıqlar arasındakı qarşılıqlı əlaqəyə əsaslanır. Üç ontoloji təsnifat aşağıda izah olunmuşdur:
İşvara (Allah) İşvara (Vişnu), şüurlu və şüursuz bütün varlıqların ilkin mənbəyi və mənşəyi olan Ali Varlıq kimi qəbul edilir. O, təkdir; lakin var olan və var olma potensialı daşıyan hər şey Onda mövcuddur, çünki Özündən başqa bütün varlıqların mənbəyi O Özüdür. İşvara mütləq reallıqdır, şərtlənməmiş şəkildə mövcuddur. İşvaradan başqa bütün varlıqların mənbəyi İşvaradır və onların varlığı İşvaradan asılıdır. İşvara və Ondan təzahür edən şüurlu varlıqlar ilə maddə varlığın hamısını təşkil edir. O, saysız ali sifətlərə malik Parabrahmandır. Kamil, hər şeyi bilən, hər yerdə hazır olan və müstəqildir. Səbəbsizdir, varlığı heç bir şərtə möhtac deyildir. Əzəli, əbədi və dəyişməzdir. Digər bütün varlıqların mövcudluğunun zamandan kənar son şərtidir. O, bütün varlıqlara həm daxilən nüfuz edir (inkarentdir), həm də onları aşır (transsendentdir); çünki bütün varlıqlar Ondan təzahür edir, lakin Onun Varlığı şərtlənməmişdir. İşvara Özündə və bütün şüurlu varlıqların mahiyyətində yer alan Ali Mənlik, Daxili Hökmdardır (antar-yamin).
Antaryamin Daxili Hökmdar (antar-yamin) — bütün varlıqları bir-birinə bağlayan, kainatı və bütün varlıqları daxildən idarə edən mənəvi mahiyyətdir. Bütün fərdi mənliklərin əsl mahiyyəti olan yeganə Mənlikdir, çünki bütün mənliklər Son Mənlik olan Allahdan gəlir. Buna görə bütün şüurlu varlıqlar bir-biri ilə bağlıdır. Ali Mənlik İşvaradır və hər kəsin qəlbində məskən salmışdır.
Nəfsinə qalib gəlmiş dinc şəxs üçün Ali Mənlik soyuqda və istidə, şadlıqda və qəmdə, şərəfdə və bişərəflikdə tamamilə sabitlənmişdir."
Mən hər kəsin qəlbinin dərinliklərində məskən salmışam. Yaddaş, idrak və unutqanlıq Məndən gəlir. Bütün Vedalar vasitəsilə dərk olunmalı olan yalnız Mənəm. Vedantanı Müəllifi Mənəm və Vedanı yalnız Mən bilirəm.
Çit (Şüurlu varlıqlar) Çit — şüura malik varlıqlar aləmidir. Şüurlu varlıqlar "civa" adlanır və "mən" ifadəsi ilə təzahür edən şüurun daşıyıcılarıdır. Çit hər hansı bir vəziyyətdən agah olmaq potensialına malik bütün subyektləri əhatə edir. Ruhların (civaların) dəyişməz sabit təcrübəsi öz varlıqlarının mövcudluğu olduğundan və bu biliyə yalnız şüurlu varlıqlar yiyələnə bildiyindən, çit kateqoriyasına aid varlıqların ən bariz xüsusiyyəti özünüdərkdir (özünəagahlıqdır). Özünüdərk vəziyyətinə "dharmi-cñana" yəni "ilkin/əsli şüur" deyilir. Dharmi-cñana bütün şüurlu varlıqlar üçün universal xarakter daşıyır və onların hər birində kamil şəkildə mövcuddur; lakin "vəsf olunmuş/keyfiyyətli şüur" mənasını verən və maddi müstəvidə təzahür edən "dharma-bhuta-cñana" şüurlu varlıqlarda fərqli səviyyələrdə təzahür edir.
Civaların üç əsas varlıq forması mövcuddur:
Nityalar — Sansaraya heç vaxt daxil olmamış, əzəldən azad olanlar. Muktalar — Sansarada olmuş, lakin azadlıq (mokşa) əldə etmiş olanlar. Baddhalar — cəhalət və karma səbəbindən hal-hazırda Sansarada təhkim olunmuşlar.
Açit (Şüursuz varlıqlar) Açit — şüursuz, idraksız, maddi varlıqlar aləmidir. Maddi varlıqlar hər hansı bir vəziyyətin və ya qarşılıqlı təsirin fərqində ola bilmədiyi üçün maddi kainata aid bütün obyektlər açit kateqoriyasına daxildir.
Epistemologiya
Bilik mənbələri Pramana (Sanskrit dilində "bilik mənbələri/vasitələri") — hər hansı bir obyekt haqqında hərtərəfli məntiqi mühakimə yolu ilə əldə edilən obyektiv biliyi ifadə edir. Pramana bir triputinin (üçlüyün) tərkib hissəsidir:
Pramatar — biliyin daşıyıcısı, subyekti Pramana — biliyin vasitəsi və ya səbəbi Prameya — biliyin obyekti
Vişiştadvayta-vedantada yalnız aşağıdakı üç pramana mötəbər bilik vasitəsi kimi qəbul olunur:
Pratyakşa — Hiss üzvləri vasitəsilə əldə edilən bilik. Müasir mənada Pratyakşa elmi müşahidələri də əhatə edir, çünki elmi müşahidələr hiss üzvlərinin funksional davamıdır. Anumana — Məntiqi nəticə (çıxarılış) yolu ilə əldə edilən bilik. Bu ifadə deduksiya və məntiqi mühakiməni ehtiva edir. Şabda — Şruti (müqəddəs mətnlər) vasitəsilə əldə edilən bilik. Şruti xüsusilə Upanişadlar, Brahma sutralar və Bhaqavat Gitadan əldə edilən ilahi biliklərə işarə edir.
Epistemologiya qaydaları Bilik əldə etməyin üç yolu arasında açıq ziddiyyət yarandıqda tətbiq olunan iyerarxik qaydalar aşağıdakılardır:
Şabda və ya Şruti (müqəddəs yazılar) ən ali mövqeyə sahibdir; anumana (məntiqi nəticə) və ya pratyakşa (hissiyyat) yolu ilə həll edilə bilməyən məsələlərdə müqəddəs mətnlərə müraciət olunur. Anumana (məntiqi nəticə) növbəti pillədə durur. Bir məsələ yalnız hissiyyat qavrayışı ilə həll edilə bilmədikdə, o, məntiqi çıxarılışa — yəni hansı daha rasionaldırsa, ona əsasən həll edilir. Pratyakşa (hissiyyat) müəyyən bir məsələdə dəqiq fakt ortaya qoyduqda, Şabda (müqəddəs mətnlər) bu faktı inkar edəcək şəkildə şərh oluna bilməz və həmin fakt nəzərə alınmaya bilməz.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
The Siddhanta Sangraha, English translation from the 18th century doctrine of Soul according to and , Surendranath Dasgupta, 1940
Kateqoriya:Hindistan fəlsəfəsində fəlsəfi məktəblər və cərəyanlar Kateqoriya:Nondualizm Kateqoriya:Vedanta Kateqoriya:Vişnunun formaları Kateqoriya:Vişiştadvayta Vedanta Kateqoriya:Hindu fəlsəfəsi