thumb|İşvara sifətinin əsas daşıyıcıları olan Vişnu və Şiva; Qaneşa, Lakşmi və Parvati ilə bərabər

İşvara (, ) — Hinduizmdə Mütləq Varlıq, Mütləq Mənlik; Ali Allah. Hind fəlsəfəsində İşvara; Ali Mənlik, Hökmdar, Rəbb, hökmdar, xaqan, məşuq və ya həyat yoldaşı (ər) mənalarını ifadə edə bilər. Orta əsr Hind mətnlərində Hinduizm məktəbindən asılı olaraq İşvara; Allah, Ali Varlıq, şəxsi Allah və ya xüsusi Mənlik mənasında işlənir.

Vişnuizmdə İşvara Vişnu anlayışı ilə sinonimdir. Şivaizmdə isə Şivanın epitetlərindən biridir. Bir çox ənənəvi Bhakti hərəkatlarında və müəyyən Hinduizm cərəyanlarında birdən çox fiqur tək və yeganə olan İşvaranın fərqli təzahürləri kimi qəbul edilə bilər. Arya Samac və Brahmoizm kimi müasir məzhəb hərəkatlarında tək Allah formasını alır. Hinduizmin Yoqa məktəbində isə "fərdi allah" və ya "ruhi ilham" mənasını daşıyır.

Etimologiya İşvara sözünün kökü "qadir", "malik", "hökmdar", "rəhbər" mənalarını verən īś- (ईश, İş) feilindən yaranmışdır. İşvara sözünün ikinci hissəsi olan vara isə kontekstdən asılı olaraq "ən yaxşı, mükəmməl, gözəl", "seçim, arzu, xeyir-dua, lütf, hədiyyə" və ya "məşuq, sevgili, nikah iddiaçısı" mənalarını bildirir. Mürəkkəb söz olan İşvara hərfən "ən yaxşının sahibi, gözəl", "lütf və xeyir-duaların hökmdarı" və ya "sevgililərin başçısı, məşuq" deməkdir.

Qədim və orta əsr Sanskrit mətnlərində bir anlayış kimi İşvara müxtəlif kontekstlərdə Allah, Ali Varlıq, Ali Mənlik, Vişnu, Şiva, xaqan və ya hökmdar, ər (həyat yoldaşı), məhəbbət allahı, Rudralardan biri və "on bir" ədədi mənalarında işlənir.

İstinadlar

Kateqoriya:Buddist terminologiyası Kateqoriya:Hind ilahları Kateqoriya:Hinduizmdə Allahın adları Kateqoriya:Şaktizm Kateqoriya:Vedanta Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr Kateqoriya:Hindu fəlsəfəsi Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Dində müqayisələr Kateqoriya:Şivanın formaları