Madhva (həmçinin Madhvaçarya, Purna Praqnya və ya Ananda Tirtha kimi tanınır; ) — görkəmli hindu filosofu və ilahiyyatçısı, Vedanta məktəbinin vaişnav kəlamına aid ən mühüm monoteist qollarından biri olan Dvaita (dualizm) və ya təlimdəki adı ilə Tattvavada fəlsəfəsinin banisi. Dvaita ənənəsində Madhva, külək və həyat tanrısı olan Vayunun yer üzündəki üçüncü təzahürü (inkarnasiyası) kimi qəbul edilir. Bu inanc ilkin olaraq Riqvedadakı "Balittha sukta" mətninə və Narayana Panditaçarya tərəfindən qələmə alınan Madhvanın rəsmi bioqrafiyası — "Sumadhva-viciya" əsərinə əsaslanır.
Madhva 40-dan çox fundamental fəlsəfi və ilahiyyat əsərinin müəllifidir. Bunların arasında Viasanın Vedanta-sutralarına, Bhaqavat Gitaya və əsas Upanişadlara yazdığı şərhlər, həmçinin Riqvedanın müəyyən hissələrinə yazdığı traktatlar və Mahabharatanın geniş fəlsəfi təhlili olan "Mahabharata-tatparya-nirnaya" əsəri xüsusi yer tutur.
Tənqid Dvaita fəlsəfəsi, ruhların əzəli və dəyişməz olaraq talelərinin əvvəlcədən müəyyən edilməsi (predestinasiya) ideyasına görə Hindistanın digər yerli dini-fəlsəfi sistemlərindən kəskin şəkildə fərqlənir. Bu fərqliliyə görə bəzi qərbli və şərqli dinşünaslar, Madhvanın bu cür radikal dualist baxışlarının formalaşmasında İslam teologiyasının (xüsusilə Allah ilə yaradılan arasındakı mütləq fərq prinsipinin) təsirinin ola biləcəyi ehtimalını irəli sürmüşlər.
Tanınmış hind filosofu və dövlət xadimi Sarvepalli Radhakrişnan isə Madhvanın mətnləri şərh etmə metodologiyasını tənqid edərək yazırdı:
Həmçinin bax
Vedanta Vayşnavizm
İstinadlar
Biblioqrafiya
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Bibliography of Madhvacharya's works, Item 751 , Karl Potter, University of Washington "Madhva" article in the Internet Encyclopedia of Philosophy Madhvacharya at Encyclopædia Britannica A Note on the date of Madhvacharya by S. Srikanta Sastri Sri Yantrodharaka Hanuman Stotram by Sri Vyasa Rajaru Discussion on quotations and interpretations by Madhvacharya. https://gosai.com/writings/the-divinity-of-sri-caitanya-mahaprabhu-0
Kateqoriya:Bhakti hərəkatı Kateqoriya:Hind filosoflar Kateqoriya:Hindistanlı hindu ruhani müəllimləri Kateqoriya:Hindu filosof və teoloqları Kateqoriya:Hindu müqəddəsləri Kateqoriya:Sanskrit dilində yazan şairlər Kateqoriya:Vayşnavizm Kateqoriya:Vedanta