"Vestri" kişi futbol komandası () — İslandiya futbol klubu.

"Vestri" çoxnövlü idman klubunun kişi futbol şöbəsidir və İslandiyanın İsafyardarbayr şəhərində yerləşir.

2025-ci ildə komanda Kubokun finalında "Valur" klubunu məğlub edərək İslandiya Kubokunu qazandı. 2026-cı il etibarilə komanda İslandiyanın ikinci divizionu olan "1. deild karla" liqasında çıxış edir.

Tarixi Klub 1986-cı ildə "Badmintonfélag Ísafjarðar" və ya qısaca "BÍ"-nin futbol şöbəsi kimi yaradılmışdır. Həmin il İslandiyanın 4-cü divizionu olan 4. deild karla-da ilk dəfə iştirak etmiş və ilk baş məşqçisi keçmiş İslandiya milli komandasının oyunçusu Björn Helgason olmuşdur. 1988-ci ildə İsafyordurun ən böyük klubu olan "Íþróttabandalag Ísafjarðar" ("ÍBÍ") illərlə sürən maliyyə çətinliklərindən sonra fəaliyyətini dayandırdı və oyunçularının əksəriyyəti şəhərin əsas futbol klubuna çevrilən "BÍ" komandasına keçdi. Klub yeni başlanğıcı qeyd etmək üçün "BÍ'88" adını götürdü və Jóhann Króknes Torfason baş məşqçi təyin edildi. Onlar 4. deild-də öz qruplarını inamla qazanaraq, 46 qol vurdular və cəmi 3 qol buraxdılar; ən böyük qələbələri isə "Höfrungur" üzərindəki 18–0 hesablı qələbə oldu. 4. deild pley-off mərhələsində birinci oldular və növbəti üç il oynadıqları 3. deild karla-ya yüksəldilər. 1991-ci ildə komanda 3. deild-də ikinci yeri tutaraq 2. deild karla-ya yüksəldi. Onlar yenidən 3. deild-ə düşməzdən əvvəl iki il orada oynadılar. 1996-cı il mövsümündən sonra klub maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandırdı.

2006-cı ildən 2016-cı ilə qədər komanda "Ungmennafélag Bolungarvíkur" klubu ilə birlikdə "BÍ/Bolungarvík" adlı ortaq komanda çıxardı. 2008-ci ildə komanda 2. deild karla-ya və 2010-cu ildə 1. deild karla-ya yüksəldi. 2010-cu ilin oktyabrında komanda Guðjón Þórðarson-u baş məşqçi kimi işə götürdü. 2016-cı ildə klub Skellur (Voleybol), Sundfélagið Vestri (Üzgüçülük) və "KFÍ" (Basketbol) ilə birlikdə "Íþróttafélagið Vestri"nin tərkibinə qatıldı.

21 sentyabr 2019-cu ildə "Vestri" mövsümün son oyununda "Tindastóll" üzərində 7–0 hesablı qələbə qazanaraq ikinci divizion olan "1. deild karla"ya yüksəlməyi təmin etdi.

30 sentyabr 2023-cü ildə "Vestri" "1. deild karla"nın yüksəlmə pley-off finalında "Afturelding" klubunu məğlub edərək tarixində ilk dəfə yüksək liqa olan Besta deild karla-da yerini təmin etdi.

22 avqust 2025-ci ildə "Vestri" İslandiya Kubokunun finalında "Valur" klubunu 1–0 hesabı ilə məğlub edərək ilk böyük kubokunu qazandı. Bu qələbə ilə klub ilk dəfə olaraq Avropa turnirlərində iştirak etmək hüququ əldə etdi. "Vestri" UEFA klub turnirlərində iştirak edən, lakin yüksək liqada çıxış etməyən ilk İslandiya klubu oldu.

Komanda UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın ən böyük klubu olan Qarabağ klubu ilə qarşılaşdı və hər iki oyunun nəticəsinə görə 6–0 hesabı ilə məğlub oldu.

Heyət

Cari heyət

İlin oyunçusu İlQalib1988 Guðmundur Gíslason İlQalib2006 Sigurgeir Sveinn Gíslason2007 Pétur Geir Svavarsson2008 Goran Vujic2009 Óttar Kristinn Bjarnason2010 Sigurgeir Sveinn GíslasonİlQalib2011 Þórður Ingason2012 Andri Rúnar Bjarnason2013 Hafsteinn Rúnar Helgason2014 Matthías Króknes Jóhannsson2015 Loic Cédric Mbang OndoİlQalib2016 Ernir Bjarnason2017 Daði Freyr Arnarsson2018 Elmar Atli Garðarsson2019 Zoran Plazonic2020 Nacho GilİlQalib2021 Nicolaj Madsen20222023 Gustav Kjeldsen2024 Eiður Aron Sigurbjörnsson2025 Fatai Gbadamosi

Mövsümə görə ən yaxşı bombardirlər MövsümOyunçuLiqaCəmi QolDaxili LiqaDaxili Kubok 2025 Daði Berg Jónsson Besta deild karla 7 5 2 2024 Andri Rúnar Bjarnason 8 8 0 2023 Vladimir Tufegdžić 1. deild karla 9 9 2022 6 4 2 Nicolaj Madsen 6 6 0 2021 Pétur Bjarnason 14 11 3 2020 Nacho Gil 10 10 0 2019 Pétur Bjarnason 2. deild karla 12 7 5 2018 17 14 3 2017 6 6 0 2016 Sólon Breki Leifsson 8 8 2015 Pape Mamadou Faye 1. deild karla 5 5 2014 Andri Rúnar Bjarnason 11 7 4 2013 Ben Everson 12 10 2 2012 Pétur Georg Markan 8 5 3 2011 Tomi Ameobi 12 11 1 2010 Andri Rúnar Bjarnason 2. deild karla 22 19 3 2009 8 8 0 Goran Vujic 8 8 2008 Andri Rúnar Bjarnason 3. deild karla 14 14 2007 Pétur Geir Svavarsson 25 25 2006 Óttar Kristinn Bjarnason 10 0 2005 Þröstur Pétursson 4 4 2004 Hálfdán Daðason 9 9 Pétur Georg Markan 9 9 2003 10 7 3 2002 4 4 0 1993 Djordje Tosic 1. deild karla 5 5 Jóhann Þór Ævarsson 5 5 1992 7 6 1 1988 Stefán Tryggvason 3. deild karla 10 -

Qalın şriftlə qeyd olunan oyunçular hazırda "Vestri" komandasında çıxış edir.

Keçmiş tanınmış oyunçular "Vestri" ("Badmintonfélag Ísafjarðar", "BÍ'88" və "BÍ/Bolungarvík") formasını geyinmiş və əsas milli komandada çıxış etmiş oyunçular. 28 oktyabr 2025-ci il tarixinə olan məlumat. ÖlkəOyunçuDoğum tarixiCari klubuMövqeMilli karyerasıPape Abou CisséAzad agentMüdafiəçi2018–2022Silas SonganiAzad agentHücumçu2013–2018Cafu Phete "Vestri"Yarımmüdafiəçi2020–hazırdaEiður Aron Sigurbjörnsson "Njarðvík"Müdafiəçi2019–hazırdaJames Charles MackKaryerasını bitiribHücumçu2018–hazırdaAndri Rúnar Bjarnason "Stjarnan"Hücumçu2018–2019Kundai Benyu "CAPS United"Yarımmüdafiəçi2017–hazırdaLoïc Cédric Mbang OndoKaryerasını bitiribMüdafiəçi2017–2024Emil PálssonYarımmüdafiəçi2016Brentton MuhammadQapıçı2014–2024Matthías VilhjálmssonHücumçu2009–2016Gilles Mbang Ondo2007–2013Nigel QuashieYarımmüdafiəçi2004–2006

Məşqçi tarixi TarixlərAdQeydlər1986 Björn Helgason1987 Jakob Ólason1988 Jóhann Króknes Torfason1989 Örnólfur Oddsson Oyunçu-məşqçi1990 Jóhann Króknes Torfason1991–1992 Ámundi Sigmundsson Oyunçu-məşqçi1993 Helgi Helgason1994 Einar Friðþjófsson1995 Björn Ingimarsson Mövsümün ortasında qovulub1995 Örnólfur Oddsson Müvəqqəti oyunçu-məşqçi1996 Ómar Torfason Oyunçu-məşqçi2002–2004 Haukur Benediktsson2005 Örnólfur Oddsson2006–2007 Jónas Leifur Sigursteinsson2008 Slobodan Milišić2009 Dragan Kažić2010 Alfreð Elías Jóhannsson Oyunçu-məşqçi2011 Guðjón Þórðarson2012–2014 Jörundur Áki Sveinsson2015 Jón Hálfdán Pétursson2016 Ásgeir Guðmundsson2017 Daniel Osafo-Badu Oyunçu-məşqçi2017–2020 Bjarni Jóhannsson2020–2021 Heiðar Birnir Torleifsson 2021-ci ilin iyulunda istefa verib2021 Jón Þór Hauksson2022 Gunnar Heiðar Þorvaldsson2023–2025 Davíð Smári Lamude29 sentyabr 2025-ci ildə qovulub2025 Jón Þór Hauksson Mövsümün sonuna qədər təyin edilib2025– Daniel Osafo-Badu

Uğurları İslandiya Kuboku: Qalib (1): 2025 1. deild karla Pley-off qalibi (1): 2023 2. deild karla İkinci (3): 1991, 2010, 2019 3. deild karla Qalib (1): 1988 İkinci (1): 2008

İstinadlar

Xarici keçidlər Rəsmi Vebsaytı Kateqoriya:1986-cı ildə yaradılmış futbol klubları Kateqoriya:Çoxnövlü idman klubları