və ya matça dondurması — matça və ya yaşıl çayla dadlandırılan dondurma çeşidi. Xüsusilə, Yaponiyada və Şərqi Asiyanın digər regionlarında populyardır. Matça dondurması 1970-ci illərdən ABŞ-də də satılır və 1990-cı illərdə populyarlıq əldə etmişdir.

Tarixi Bir nəzəriyyəyə görə Toyotomi Hideyoşi üzərisinə matça əlavə olunmuş buz deserti yemişdir. Edo dövründə matça və anko ilə hazırlanan uci kintoki adlı buz deserti mövcud olmuşdir.

Meyci dövründə matça dondurması hikiçalı dondurma kimi Yaponiya ziyafətlərində servis olunurdu. Məsələn, hikiçalı dondurma 1898-ci ildə Yaponiyaya səfər etmiş Turin qrafı Şahzadə Vittorio Emanuele üçün təşkil olunmuş saray ziyafətinin menyusunda yer almışdır.

1926-cı ildə Texas ştatında yaşayan və ABŞ-də matçanı populyarlaşdırmaq istəyən bir yaponəsilli amerikalı matça dondurması haqqında reklam nəşr etdirmişdir. Çarlz Lindberq 1931-ci ildə İbaraki prefekturasının Kasumiqaura şəhərinə uçanda Yaponiya Çay Assosiasiyası ona matça dondurması təqdim etmişdir. O, qeydlərdə matça dondurması yeyən ilk amerikalı olmuşdur.

1958-ci ildə Vakayama prefekturasındakı bir çay şirkəti tərkibində matça olan yumşaq dondurma çeşidi hazırlamışdır. 1960-cı illərdə matça dondurma Yaponiya kafelərində servis olunan standart dondurmaya çevrilmişdir. 1983-cü ildə "Meiji Dairies" şirkəti "Lady Borden" brendi ilə matça dondurmaları satmağa başlamışdır. 1990-cı ildə dondurma idxalı haqqında yeni qanundan sonra Yaponiyaya idxal olunan dondurmanın həcmində böyük artım baş vermişdir. 1995-ci ildə Kaliforniya ştatında yerləşən "Maeda-en" şirkəti Yaponiyada yaşıl çaylı dondurma satmağa başlamışdır.

Populyarlıq Yaşıl çaylı dondurma 1970-ci illərdən etibarən ABŞ-də satılır. Yaşıl çaylı dondurma xüsusilə yapon restoranlarında və marketlərində servis olunur.

1990-cı illərin ortalarında ABŞ-də yapon mətbəxinə və suşiyə böyük maraq başlamış, ABŞ-də yapon restoranı biznesi böyümüşdür. Bu populyarlıq matça dondurmasının ABŞ-də tipik dondurmalardan birinə çevrilməsinə səbəb olmuşdur.

Digər yeməklərlə Yaşıl çaylı dondurma digər yapon yeməkləri ilə də yeyilir: azuki, danqo, monaka, buz deserti, tayyaki və s.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dondurma çeşidləri Kateqoriya:Yaşıl çay Kateqoriya:Yaponiya desertləri