Omsk Neft Emalı Zavodu () Rusiyanın Omsk şəhərində yerləşən neft emalı zavodudur və ölkənin ən böyük neft emalı müəssisələrindən biridir. 1995-ci ildən etibarən Qazprom şirkətinə məxsusdur. Zavod benzin, aviasiya yanacağı, bitum və təbii qaz da daxil olmaqla 50-dən çox müxtəlif növ neft məhsulu istehsal edir.

Tarixi 1949-cu ildə sovet hakimiyyəti Omsk şəhəri yaxınlığında neft emalı zavodunun tikintisini təsdiqlədi. Zavod 6 sentyabr 1955-ci ildə fəaliyyətə başladı, 1959-cu ildən isə benzin emalına başlanılıb. Müəssisə 1951-ci ildən 1957-ci ilin iyun ayına qədər Neft Sənayesi Nazirliyinə, 1957-ci ilin iyulundan 1962-ci ilə qədər isə Omsk Xalq Təsərrüfatı Şurasının Neft Sənayesi İdarəsinə tabe idi.

İlkin dövrdə Omskda Başqırdıstandan gətirilən xammal emal olunurdu. 1964-cü ildən etibarən Sibir xammalı da emal edilməyə başladı.

2021-ci ilin məlumatına görə, zavod ildə 22 milyon ton emal olunmuş neft məhsulu istehsal etmək gücünə malik idi.

2026-cı ilin iyulunda zavoda Ukrayna Silahlı Qüvvələri tərəfindən zərbə endirilib.

İstinadlar

Kateqoriya:1955-ci ildə yaranan şirkətlər Kateqoriya:Omsk Kateqoriya:Neft emalı zavodları