Renaldo Sefas (,) — Yamaykalı peşəkar futbolçu.

Hazırda Azərbaycanın Qarabağ klubunda və Yamayka milli futbol komandasında cinah hücumçusu kimi çıxış edir.

Klub karyerası

İlk illər Sefas Yamaykanın "Allman/Vudford" və "Molayns Yunayted" klublarının yetirməsidir və böyüklər karyerasına 2019-cu ildə Yamayka Milli Premyer Liqasında çıxış edən "Arnett Qardens" komandasında başlamışdır.

Şkupi O, 6 iyul 2022-ci ildə Şimali Makedoniyanın "Şkupi" klubuna keçdi və debüt mövsümündə 29 liqa oyununda 11 qol vurdu. 14 iyun 2023-cü ildə UEFA Avropa Konfrans Liqasında "Şkupi"nin "Hegelmann" klubuna 5–0 hesabı ilə qalib gəldiyi matçda 4 qol vurmuşdur.

Ankaragücü 8 avqust 2023-cü ildə o, Türkiyə Super Liqasında çıxış edən Ankaragücü klubuna transfer oldu.

Pari NN 25 iyul 2025-ci ildə Sefas Rusiya Premyer Liqasında çıxış edən "Pari Nijni Novqorod" komandası ilə üçillik müqavilə imzaladı.

Qarabağ 25 iyun 2026-cı ildə Sefas Azərbaycan Premyer Liqasında yarışan "Qarabağ" klubuna keçmişdir. Renaldo Sefas, Azərbaycanın ən böyük və ən uğurlu klubu olan "Qarabağ" klubu ilə üçillik müqavilə bağlamışdır.

Futbolçunun "Qarabağ"ın heyətində rəsmi oyunlarda debüt oyunu və ilk qolu UEFA Avropa Liqasının 2026/27 mövsümünün ilk təsnifat mərhələsində baş tutmuşdur. Sefas, 9 iyul 2026-cı ildə İslandiyanın "Vestri" klubuna qarşı baş tutmuş bu oyunun 86-cı dəqiqəsində Zakariya Savonun ötürməsindən sonra qol vurmuşdur.

Milli karyerası 2 sentyabr 2023-cü ildə Sefas 2023–24 CONCACAF Millətlər Liqası matçları üçün ilk dəfə Yamayka milli futbol komandasına çağırılmışdır.

O, sentyabrın 8-də Hondurasa qarşı ilk matçda debüt etmişdir.

Karyera statistikası

Klub

+ Klub, mövsüm və yarışlara görə oyunlar və qollarKlubMövsümLiqaMilli kubokKontinentalCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolArnett Qardens2018–19Yamayka Premyer Liqası70——702019–20Yamayka Premyer Liqası20——202021Yamayka Premyer Liqası72——722022Yamayka Premyer Liqası2110——2110Cəmi3712——3712Şkupi2022–23Şimali Makedoniya Birinci Futbol Liqası2911—7136122023–24Şimali Makedoniya Birinci Futbol Liqası——4444Cəmi2911—1154016Ankaragücü2023–24Türkiyə Super Liqası31340—3532024–25TFF 1. Liqa27853—3211Cəmi581193—6714Pari Nijni Novqorod2025–26Rusiya Premyer Liqası25140—291Karyera cəmi1493513311517343

Milli

+ Milli komanda və illərə görə oyunlar və qollarMilli komandaİlOyunQolYamayka20231020241102025153202610Cəmi283

Xallar və nəticələr siyahısında ilk olaraq Yamaykanın qolları göstərilir, xal sütunu Sefasın hər qolundan sonrakı hesabı bildirir. + Renaldo Sefasın vurduğu beynəlxalq qolların siyahısıNo.TarixMəkanRəqibHesabNəticəYarış1 25 mart 2025 Sabina Park, Kinqston, Yamayka Sent Vinsent və Qrenadin 3–0 3–0 2026 FİFA Dünya Çempionatının seçmə mərhələsi2 6 sentyabr 2025 Bermuda Milli Stadionu, Hamilton, Bermuda Bermuda 2–0 4–0 2026 FİFA Dünya Çempionatının seçmə mərhələsi3 14 noyabr 2025 Hezeli Krouford Stadionu, Port-of-Speyn, Trinidad və Tobaqo Trinidad və Tobaqo 1–0 1–1 2026 FİFA Dünya Çempionatının seçmə mərhələsi

İstinadlar

Xarici keçidlər GSA-da Renaldo Sefas

Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol vingerləri Kateqoriya:MKE Ankaragücü FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Rusiyada legioner idmançılar Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyədə legioner idmançılar Kateqoriya:Yamayka futbolçuları