thumb|173px|right|Barselonadakı Müqəddəs Ailə kilsəsinin şpilləri Şpil ( sözündən) — binanın yuxarıya doğru güclü şəkildə uzanmış konus və ya piramida formasında olan, zirvəsi flüger, bayraq, dini simvol və s. ilə tamamlanan şaquli sonluğu. Qotika dövründən etibarən şpillər kilsə və kafedralların əsas kompozisiya elementi kimi geniş yayılmış, sonrakı əsrlərdə isə monumentallığı simvolizə edən mülki binaların inşasında da tətbiq olunmuşdur.

Qızıl suyuna salınmış şpillər Dünyada ən möhtəşəm qızıl suyuna salınmış şpillər sırasına Sankt-Peterburqdakı Müqəddəs Pyotr və Pavel kafedralının günbəzi üzərində yerləşən və 122.5 metr hündürlüyü ilə şəhərin əsas dominanlarından olan şpil, Sankt-Peterburqun Baş Admirallıq binasındakı məşhur "Admirallıq iynəsi", Moskvadakı VDNX-ın Baş pavilyonunda və Ukrayna Milli Ekspomərkəzinin Baş pavilyonunda quraşdırılmış Stalin ampiri üslubundakı monumental şpillər aid edilir.

İstinadlar

Kateqoriya:Kilsə memarlığı Kateqoriya:Qüllələr Kateqoriya:Memarlıq elementləri