Azərbaycanın Çex Respublikasındakı Səfirliyi — Azərbaycan Respublikasının Çexiyada diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq Çex Respublikasıyla Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Çexiyada təmsil edir.

Azərbaycan və Çexiya əsas qlobal və regional təşkilatların, BMT və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvləridir. Hər iki ölkə ikitərəfli əməkdaşlığı və strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir və beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləyir.The Embassy of the Azerbaijan to the Czech Republic

Çexiya Respublikası Azərbaycanın Avropa İttifaqına qoşulmasını dəstəkləyir.Глава МИД: Чехия намерена увеличить экспорт и инвестиции в Азербайджан

2024-cü ildən Azərbaycanın Çexiyada fövqaladə və səlahiyyətli səfiri Yaşar Əliyevdir.Y.T.Əliyevin Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Haqqında Diplomatik əlaqələri Çex Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur.

Azərbaycanın Çex Respublikasındakı səfirliyi 2007-ci il avqustun 15-dən fəaliyyətdədir.

Çex Respublikasının Azərbaycandakı səfirliyi 2009-cu il dekabrın 1-də açılmışdır.

Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət ğöstərir.

Çexiya Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılıb.

Səfirlər Səfir Müddət başlanğıcı Müddətin sonu Tahir Tağızadə 22 fevral 2007 9 iyul 2014 Fərid Şəfiyev 2014 2019 Adış Məmmədov 2020A.S.Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2024 Yaşar Əliyev 2024

Viza Azərbaycanla Çexiya arasında viza rejimi mövcuddur. Çexiya Respublikası Şenqen sazişinin iştirakçısı olduğundan, Azərbaycan vətəndaşları üçün Şenqen vizası qaydaları tətbiq edilir.

Qısamüddətli Şengen vizası almaq üçün sənədləri həm Viza mərkəzinə, həm də Çexiya Səfirliyinin Konsulluq şöbəsinə təqdim etmək mümkündür.

Tələb olunan sənədlər Xarici pasportun orijinalı və birinci səhifəsinin surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinizin surətləri Şəxsiyyət vəsiqəsinin surəti İş yerindən arayış, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış) Bank hesabından arayış və çıxarış Bank kartının əsas üzünün surəti Müraciyyət edən şəxsin adında olan mülklərin çıxarışlarının və maşınının texpasportunun kopyası Mülki vəziyyətin sübutu (nikah haqqında şəhadətnamənin, 18 yaşdan aşağı uşaqlar varsa, doğum haqqında şəhadətnamələrinin surəti) 2 ədəd 3.5x4.5 ölçüdə biometrik və ağ fonda şəkil Səyahət üçün edilən aviabilet bronları Səyahət üçün edilən otel rezervasiyasının sübutu Səfəri tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası İngilis dilində ərizə forması Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Çex Respublikası vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalıdırlar.AZƏRBAYCAN RESPUBLİKASI RƏSMİ ELEKTRON VİZA PORTALI Azərbaycan e-Viza verilən ölkələr

İstinadlar

Xarici keçidlər Embassy of Azerbaijan in the Czech Republic – Official Website Embassy of the Czech Republic in Azerbaijan – Official Website

Kateqoriya:Avropa ölkələri

Kateqoriya:Azərbaycan–Çexiya münasibətləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Çexiyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Çexiyanın xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Çexiyanın ikitərəfli əlaqələri