"Il pleut, il pleut, bergère" (; ) — Fabr d'Eqlantin tərəfindən 1780-ci ildə yazılmış birdatlı "Lora və Petrarka" opera komikindən götürülmüş Fransa mahnısıdır. Əsərin musiqisi Lui-Viktor Simon (1764–1820-ci illər) tərəfindən bəstələnmişdir.

Bu mahnı 14 iyul 1789-cu il tarixində Bastiliyanın alınmasından sonra Milli Qvardiyanın yaradılması şərəfinə oxunmuşdur. Bir neçə il sonra Fabr d'Eqlantin gilyotinə aparılarkən bu mahnını zümzümə etmişdir. Mahnıdakı çoban qız obrazı Mariya Antuanettaya, yağış və yaxınlaşan fırtına isə Fransa inqilabına səbəb olan iğtişaşlara işarə edir.Il pleut, il pleut bergère', chanson révolutionnaire" by M.S., RTBF, 24 August 2010 (in French)

Mahnı 1787-ci ildə hazırkı adını almazdan əvvəl ilk olaraq "Tarlalara qayıdış" () adlandırılmışdır. Əsər həmçinin, "Fırtına" kimi də tanınır.

Jak Offenbaxın "Göy saqqal" (, 1866-cı il) operasının birinci pərdəsinin finalında, Göy saqqal növbəti həyat yoldaşı olaraq çoban qız Bulottu göstərərkən bu mahnının ilk notları səsləndirilir.

Edmon Rostan bu mahnını "Qartal balası" (, 1900-cü il) dramının sonuna daxil etmişdir. Mahnı Artur Oneger və Jak İberin sözügedən pyes əsasında 1937-ci ildə bəstələdikləri eyniadlı operada da eşidilir.

İstinadlar

Kateqoriya:Hava haqqında mahnılar Kateqoriya:Xalq mahnıları