Ümmül-Xeyr Səlma bint Səhr ibn Amir əl-Qureyşiyyə (; ) — Əbu Bəkrin anası və qadın səhabə.
Həyatı Ümmül-Xeyr Əbu Quhafənin əmisi qızı və həyat yoldaşı olmuşdur.
Onun nəsəbi Səlma bint Səhr ibn Amir ibn Kəb ibn Səd ibn Teym ibn Mürrədir.
Ümmül-Xeyrin İyad və Xalid adlı iki qardaşı, Rəytə adlı bir bacı da var idi. Anası isə Bənu Xuzaanın Əhəbiş qoluna mənsub Ümeymə bint Ubeyddir.
Mənbələrdə onun Əbu Bəkrdən başqa Abdullah adında bir oğlunun olduğu da öz əksini tapmışdır.
Ümmül-Xeyr müsəlmanlar hələ Dərül-Ərqamda olarkən İslamı qəbul etmiş və digər müsəlmanlarla birlikdə Mədinəyə hicrət etmişdir.
Onun sonrakı həyatı haqqında mənbələrdə məlumatlara rast gəlinmir.
İstinadlar
Kateqoriya:Bənu Teym Kateqoriya:Səhabələr Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VII əsr ərəbləri