Zəka kultu () — Fransa inqilabı dövründə xristianlığın ləğv edilməsi prosesinin elementlərindən biri. Bu hərəkat Fransada xristian dinini tamamilə ortadan qaldırmaq məqsədilə Pyer Qaspar Şomett, Jak-Rene Eber və onların tərəfdarları (eberistlər) tərəfindən yaradılmışdır.
İnkişafı və yayılması Zəka kultu 1793–1794-cü illər ərzində geniş vüsat almışdır. Sentyabr qətliamlarından sonra və xüsusilə Paris Kommunası tərəfindən 24 noyabr 1793-cü il tarixində katolik ibadətlərinin qadağan edilməsi və bütün kilsələrin bağlanması haqqında dekret qəbul edildikdən sonra Parisdəki kilsələr Zəka məbədlərinə çevrilməyə başlamışdır. Xristianlığın ləğvi prosesinin tərkib hissəsi olaraq 5 oktyabr 1793-cü il tarixində Qriqorian təqvimi Fransa respublika təqvimi ilə əvəz olunmuşdur.
Zəka kultunun ilk nümunələri Parisdən kənarda meydana gəlmişdir. 1793-cü ilin sentyabr–oktyabr aylarında Jozef Fuşe Nyevr və Kot-d’Or departamentlərində müvafiq şənliklər təşkil etmişdir. Roşforda Lenyelo yerli kilsəni "Həqiqət məbədi"nə çevirmiş və 31 oktyabr 1793-cü il tarixində burada altı katolik və bir protestant keşişi təntənəli şəkildə öz dinlərindən imtina etdiklərini bəyan etmişdir. Zəka kultu mərasimləri karnavallar, paradlar, keşişlərin rütbələrindən imtinaya məcbur edilməsi, kilsələrin qarət olunması, həmçinin xristianlığa aid müqəddəs əşyaların (ikonalar, statuslar, xaçlar və s.) məhv edilməsi və ya təhqir olunması ilə müşayiət edilmişdir. Bununla yanaşı, "İnqilab şəhidləri"nin xatirəsinə həsr olunmuş ehtiram mərasimləri də keçirilmişdir. Analoji hadisələrə Fransanın digər bölgələrində də rast gəlinmişdir.
Bu kult ən yüksək inkişaf səviyyəsinə Parisdə, 10 noyabr 1793-cü il tarixində Notr-Dam kafedralında təşkil olunmuş "Azadlıq festivalı" zamanı çatmışdır. Pyer Qaspar Şomett tərəfindən layihələndirilən və idarə olunan, kafedralın daxilində keçirilən mərasim zamanı Paris operasının aktrisası Tereza-Anjelika Obri "Zəka ilahəsi" elan edilmişdir. Onun bu obrazı sonralar yazıçı İvan Buninin "Zəka ilahəsi" adlı novellasının süjet xəttinin əsasını təşkil etmişdir.Олар А. Культ Разума и культ Верховного Существа во время французской революции // Пер. Е. С. Коц, А. Н. Карасика. — М.: Сеятель, 1925.
Zəka kultu qısa müddətdə Fransanın həm kənd, həm də şəhər bölgələrini tamamilə əhatə etmiş və sankülotların əhəmiyyətli bir hissəsi tərəfindən dəstəklənmişdir.Олар А. Христианство и Французская революция 1789—1802 // пер. с франц. К. Шпицберга. — М.: Атеист, 1925
İstinadlar
Kateqoriya:Antiteizm Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Din azadlığı Kateqoriya:Din tarixi Kateqoriya:Din və cəmiyyət Kateqoriya:Dini ateizm Kateqoriya:Fransada ateizm Kateqoriya:XVIII əsrdə din