130px|thumb|center|Şair Cavad Həyatı
Şair Cavad 1898-ci ildə Azərbaycan SSR-nin Gədəbəy rayonunun Ağsu sovetliyinin Qarabulaq kəndində, yoxsul kəndli ailəsində dünyaya gəlmişdir. Təhsilini Ağsu kəndindəki Mollaxanada almış, ərəb-fars dilini öyrənmişdir. Sonralar isə 1914-cü ildə indiki Rüstəm Əliyev kəndində açılan rus məktəbində təhsil almışdır. O, 1930-cu ildə ailəliklə Dəstəfura ( Daşkəsən ) köçmüş, burada yaşamışdır. O, burada Qabaqtəpə kənd sovetinin katibi, kənd sovetinin sədri işləmiş, 1940-cı ildə SSRİ Komunist Partiyasının sıralarına qəbul edilmiş, 1941-1945-ci illərdə Təzəkənddə kolxozda sədrlik etmişdir. Şair Cavad 1969-cu ilin fevral ayında anidən vəfat etmişdir.
Yaradıcılığı
Şair Cavad Gəncəbasar, Qarabağ, Aran və Göyçə mahalında səfərdə olmuş məclislərdə iştrak etmişdir. Şairin 3 kitabı günümüzə gəlib çıxmışdır və o kitablarında şeirləri, dastanları, təcnisləri, qoşmaları və deyişmələri dərc olunub.
Həmçinin bax https://turuz.com/storage/Music/2011/011-Ashiqlar(biyoqrafi_kitabi)(qara_namazov)(1)(23.590KB).pdf səh 41. İstinadlar https://teis.yesevi.edu.tr/madde-detay/cavad-huseynov?utm_source https://web2.anl.az/read/page.php?bibid=vtls000026867