Bandidos do Cante () — Portuqaliya musiqi qrupu. Qrup Alenteju regionunda yerləşən Beja şəhərində yaradılıb. Kvintet Migel Koşta, Duarte Fariaş, Fransişku Rapozu, Luiş Aleyşu və Fransişku Peştanadan ibarətdir. Fransişku Peştana Portel bələdiyyəsinin Monte-Trigu kəndindən, digər üzvlərin hamısı isə Beja bələdiyyəsindəndir. Qrup Kante-alentejanu üslubunu müasir və pop musiqi sədaları ilə birləşdirərək fərqlənib. Onlar "Rosa" mahnısı ilə 2026 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edib.
Tarixi "Bandidos do Cante" qrupunun üzvləri erkən yaşlarından ailə mühitində və dost çevrəsində Alenteju xalq mahnılarını dinləyib ifa ediblər. Yeniyetməlik illərində məhz dostluq görüşləri onların bu musiqi janrı ilə əlaqəsini qoruyub saxlayıb — onlar dostları ilə bir araya gələrək yemək yeyir, şərab içir və mahnı oxuyurdular.
Qrupun bütöv bir kollektiv kimi tarixi demək olar ki, təsadüfən — mahnı oxumaqla başa çatan şam yeməklərinin birində başlayıb. Bu görüşdən sonra, 2022-ci ilin sonlarında musiqiçilər "D.A.M.A" qrupunun Buba Espinyo ilə birgə ifa etdiyi "Casa" sinqlı üçün vokal yazdırmağa dəvət alıblar. Mahnı dərhal populyarlıq qazanaraq milyonlarla dinləmə sayı toplayıb və milli radiostansiyaların aktiv rotasiyasına daxil olub. Bu mərhələdə qrup hələ "Amigos do Alentejo" kimi tanınırdı. 2023-cü ilin iyununda "D.A.M.A" və Espinyo ilə "Kolizeu Rekreiuş"dakı qastrol səfəri zamanı "D.A.M.A" üzvü Kaşa onları "Bandidos do Cante" kimi təqdim edib və musiqiçilər bu adı dərhal qəbul ediblər.
İlk sinqllar (2024—2025) Öz şəxsi layihələrini yaratmaq istəyən "Bandidos do Cante" 2024-cü ildə orijinal musiqi ilə debüt edib. İlk sinql olan "Amigos Coloridos" qrup tərəfindən Jorje Benvinda ilə birlikdə yazılıb və Eduardo Eşpinyo tərəfundən birgə prodüserlik edilib. Reliz zamanı mahnı milli radioda ən çox dinlənilən Portuqaliya kompozisiyası olub, qrupu Portuqaliya musiqisinin əsas kəşflərindən biri kimi təsdiqləyib və onlara 2024-cü ildə ölkə daxilində 50-dən çox konsert vermək imkanı qazandırıb.
2025-ci ildə "Bandidos do Cante" öz yaradıcılıq yolunun sabitliyini təsdiqləyən ikinci orijinal sinqlı — "Já Não Há Pardais No Céu" mahnısını buraxıb. Qrup "Portuguese Music Play Awards 2025" mükafatında "İlin sıçrayışı" kateqoriyasında namizəd olub. Həmin il onlar Eşpinyonun dəvəti ilə "Coliseu dos Recreios"da anşlaqla keçən konsertdə iştirak ediblər.
"Bairro das Flores" və Avroviziya (2026 — hazırkı dövr) 2026-cı ilin yanvarında "Bandidos do Cante" "Virgin/Universal" leyblı tərəfindən buraxılan "Bairro das Flores" adlı ilk studiya albomunu təqdim edib. Səkkiz orijinal trekdən ibarət olan albom, ənənə və müasirlik arasındakı sərhədi araşdıraraq kante-alentejanu üslubunu müasir kontekstdə yenidən şərh edir. Albomun yazılmasında Antoniu Zambuju da iştirak edib. Həmçinin material üzərində prodüserlər Agir, Eduardo Eşpinyo, Jon və Rodriqo Korreya çalışıblar. Albomun buraxılışından əvvəlki qastrol səfərinə "MEO Arena"dakı çıxışlar daxil idi və simvolik olaraq Bejadakı "Teatro Municipal Pax Julia"da iki anşlaq konserti ilə başa çatdı. Ümumilikdə turne ölkə daxilində onlarla konserti əhatə edib.
22 yanvar 2026-cı ildə "Bandidos do Cante" qrupu "Rosa" mahnısı ilə "Festival da Canção 2026" müsabiqəsinin finalında iştirak etmək üçün seçilib. Bir sıra digər finalistlərdən fərqli olaraq, onlar qələbə qazanacaqları təqdirdə Portuqaliyanı Vyanada keçiriləcək 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəklərini açıq şəkildə bəyan ediblər. Mahnı 7 mart 2026-cı ildə finalda birinci nömrə altında ifa olunub və peşəkar münsiflərdən 10, teleizləyicilərdən isə 12 xal olmaqla ümumilikdə 22 xalla qalib gələrək Portuqaliyanı Avroviziyada təmsil etmək hüququ qazanıb.<ref></re
2026 Avroviziya Mahnı Müsabiqəsində "Bandidos do Cante" birinci yarımfinalın ilk hissəsində çıxış edib. 12 may 2026-cı ildə onlar finala vəsiqə qazana bilməyiblər.
Diskoqrafiya Məlumatlar Apple Musicdən götürülüb.
Studiya albomları +Seçilmiş detallar və siyahı mövqeləri ilə studiya albomlarının siyahısı Adı Təfərrüatlar Çatlarda ən yüksək mövqe POR Buraxılış tarixi: 9 yanvar 2026 Leybl: Virgin Records, Universal Music Group Format: LP record, Musiqi yükləmə, Streaminq 21
Sinqlları
Əsas musiqiçi kimi Adı İl Çatlarda ən yüksək mövqe Albom PORAir. "Casa"(with :en:D.A.M.A and :en:Buba Espinho) 2022 — Albom olmayan sinql "Amigos coloridos" 2024 — Bairro das Flores "Um dia hei de voltar"(with Buba Espinho) — "Já não há pardais no céu" 2025 — "Tanto tempo" — "Primavera"(with :en:António Zambujo) 2026 — "Rosa" 22 Albom olmayan sinql "—" həmin ərazidə siyahıya alınmayan və ya yayımlanmayan qeydi ifadə edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Portuqaliyanın "Avroviziya" təmsilçiləri