Benjamin Qedeon () və ya səhnə adı ilə Cosmó () — Avstriya və Macarıstan müğənnisi, mahnı müəllifi. O, Vyanada keçirilən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Tanzschein" adlı mahnı ilə təmsil etmişdir.
Erkən illəri Qedeon Macarıstanın Budapeşt şəhərində anadan olmuş, Avstriyanın Burqenland torpağındakı Halburn kommunasında böyümüşdür. Atası alman, anası isə macardır. Dörd yaşında Noyzidl-am-Zee Mərkəzi Musiqi Məktəbində musiqi təhsilinə başlamışdır. İki il sonra həmin məktəbdə fortepiano üzrə təhsil almağa başlamışdır. On üç yaşından etibarən vokal ilə məşğul olur. Qedeon bu yaşda həmçinin melodiyalar və mahnı mətnləri yazmağa başlamışdır. O, öz bəstələdiyi ilk mahnıları həqiqi adı ilə buraxmışdır.
Karyerası Qedeon 2020-ci ildə Almaniyanın "The Voice Kids" vokal şousunda ilk dəfə iştirak etmiş, lakin ikinci mərhələdən sonra yarışmanı tərk etmişdir. 2022-ci ildə o, yenidən şouya qayıtmış və ustadı Alvaro Soler ilə birlikdə onuncu mövsümün finalına qədər yüksələrək burada Frenk Sinatranın iki mahnısını ifa etmişdir.
Bundan sonra Qedeon Solerin Qrats şəhərindəki "Kasematten" açıq hava səhnəsində və Vyanada baş tutmuş "Qasometer" salonunda təşkil olunan iki konsertində çıxış etmişdir. O, həmçinin Noyzilddəki "Starnat" festivalında, Qolsdakı xalq festivalında və Halburndakı "Şardakenfest" festivalında çıxışlar etmişdir. Fortepiano müəllimi Qebhard Rauşer ilə birlikdə Kittzee qəsrində eyni vaxtda iki royalda əsərlər ifa edərək konsert vermişdir. Oktyabr ayında onun televiziya çıxışlarını izləyən Burqenland qubernatoru ilə görüşü baş tutmuşdur. Dekabr ayında Burqenland Radiosunun "Mahlzeit Burgenland" proqramında ilk radio müsahibəsini vermişdir. 2021-ci ilin iyul ayında Qedeon vokal və fortepiano ilə ifa etdiyi, müəllifi olduğu "Fall into Your Arms" adlı caz kompozisiyası ilə Burqenlandın gənc musiqiçilərinin "podium.jazz.pop.rock…" müsabiqəsində qalib gəlmişdir. 2023-cü ilin payızında o, həmçinin "Fall into Your Arms" mahnısı ilə "Burgenland Song Challenge" layihəsində iştirak etmişdir. Bu məqsədlə Qedeon canlı çıxışlar və studiya yazıları üçün öz musiqi qrupunu yaratmışdır.
15 dekabr 2025-ci il tarixində Qedeonun "Cosmó" səhnə adı və "Tanzschein" mahnısı ilə Avroviziya-2026 müsabiqəsi üçün "Vienna Calling — Wer singt für Österreich" adlı Avstriya milli seçim turunda iştirak edəcəyi elan olunmuşdur. 20 fevral 2026-cı il tarixində o, finalda qalib gələrək Avstriyanı təmsil etmək hüququ qazanmışdır.
Qedeon "Cosmó" səhnə adının və üzündəki mavi ulduzun "Vienna Calling" dinləmələrindən qısa müddət əvvəl yarandığını qeyd etmişdir. İfaçı bu dəyişikliyi əvvəllər ingilis dilində pop-rok və klassik rok janrlarında mahnılar yazdığı halda, yeni layihəsinin daha çox alman popu üslubunda olması və bununla da faktiki olaraq hər şeyə yenidən başlaması ilə əsaslandırmışdır. Məhz bu keçid dövründə "Cosmó" adı formalaşmış, vizual obraz kimi isə ulduz ideyası meydana gəlmişdir.
Diskoqrafiya Məlumatlar "iTunes"dan götürülmüşdür
Mini-albomlar + Mini-albomlar Başlıq TəfərrüatlarFrom My RoomBuraxılış tarixi: 13 iyun 2025 Leybl: Öz-özünə buraxılan Format: Rəqəmsal yükləmə Lieber tanz ich weiterBuraxılış tarixi: 8 may 2026 Leybl: Töchtersöhne Format: rəqəmsal yükləmə
Sinqllar + Sinql siyahısı Başlıq İl Albom / EP «Give Me a Moment» 2022 albom olmayan sinqllar «Pizza» «Fall into Your Arms» 2023 «Faster Than Ever Before» 2024 «Play Another Song» 2025 From My Room «28 Hours» «Don't Dream It's Over» «Tanzschein» 2026 Lieber tanz ich weiter
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Avstriya müğənniləri Kateqoriya:Macarıstan müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Avstriyanın "Avroviziya" təmsilçiləri