"LoveDrug" Ledi Qaqanın 2025-ci ildə yazdığı və Mayhem (2025) studiya albomunda buraxılan mahnıdır. Mahnının sözləri və prodüserliyi Ledi Qaqa, Endryu Vatt və Sirkut tərəfindən yazılıb, əlavə olaraq Maykl Polanski mahnının musiqisini bəstələyib.
Mahnı ümumilikdə müsbət rəylər almış və bir neçə nəşr onu Mayhemdəki ən güclü mahnılardan biri kimi qeyd etmişdir. Kommersiya baxımından, ana albomunun çıxmasından sonra Kanada, Fransa, ABŞ və Birləşmiş Krallıq da daxil olmaqla bir çox ölkədə, eləcə də Billboard 200-də yer almışdır. 2025-2026-cı illər arasında Qaqa mahnını Mayhem tanıtım konsertləri turu zamanı ifa etmiş və birdəfəlik Mayhem Requiem konserti üçün yenidən işləmişdi.
İstehsal və tərkibi Pol Lamalfa mahnını Kaliforniyanın Malibu şəhərindəki Shangri-La studiyasında Ledi Qaqa üçün yazıb; Marko Sonzini əlavə mühəndislik xidməti göstərib, Tayler Harris isə köməkçi mühəndis kimi çalışıb. "LoveDrug" mahnısı Serban Qenea tərəfindən Virciniya Biç şəhərindəki Mikstar Studios-da remiks edilib və Nyu-Cersi ştatının Ekuoter şəhərindəki Sterling Sound Studios-da Rendi Merril tərəfindən master deyilən son musiqi emalını reallaşdırıb. Brays Bordone köməkçi miks mühəndisi, Mark VanQul isə studiya texniki kimi çalışıb.
"LoveDrug" mahnısını "ağır asılılıq" və "80-ci illərin rok çalarlı" kimi təsvir etmişlər. Billboard, The Guardian, Screen Rant kimi dairələrdən və digər musiqi sənəti aləmindən mahnı haqqında ancaq müsbət rəylər gəlmişdir.
Tənqidi tərəf thumb|Qaqa "The Mayhem Ball" turnesi çərçivəsində "LoveDrug" mahnısını ifa edərkən "LoveDrug" ümumiyyətlə müsbət rəylər aldı və bir neçə nəşr onu Mayhem albomunda ən güclü treklərdən biri kimi qeyd etdi. Amerikalı bəstəkar Boisvert mahnının müasir Qaqa ilə mükəmməl şəkildə qarışmış köhnə Qaqaya qayıdış kimi hiss etdiyini söylədi. Bəzi tənqidçilər mahnını güclü trek olaraq qeyd etsələr də, tam yüksək səviyyədə iş kimi də qəbul etmirlər. The Independent-dən Adam Uayt yazıb: "Mayhem-dəki çıxışlardan biri olan bu mahnı, 1985-ci ildəki Pat Benatarın B tərəfinə çox oxşayır - bəlkə də məqsəd də elə bu idi”. Mahnını 80-ci illərin fişəngi adlandıranlar da oldu.
The Atlantic-dən Spenser Kornhaber mahnının "Daft Punk və E Street Band arasında duetin necə səslənəcəyini təsəvvür etdiyini", Paste-dan Sem Rozenberq isə mahnının 2020-ci ildə çıxan The Weeknd-in After Hours (The Weeknd albomu) və ya Mayli Sayrus-un Plastic Hearts albomlarından "qalıq" kimi hiss olunduğunu bildirib. Exclaim-dən Megan Lapierre isə "LoveDrug" mahnısının sözlərinə təəccübləndiyi yeganə mahnı olduğunu bildirmişdir. Digər musiqi tənqidçilərindən də mahnıya tənqid əvəzi yalnız müsbət rəylər gəlmişdir.
Nisbətən tənqidi fikirlərdən PopMatters-dən Peter Piatkovski mahnının 1980-ci illərin diva yeni dalğa rokunun 2020-ci illərə aid bir versiyası kimi olduğunu, lakin Qaqanın ən yaxşı musiqi məqamlarını müəyyən edən dəlisovluqdan məhrum olduğunu qeyd etmişdir. Attitude-dan Qeri Qrimes mahnının xoş olsa da, onun 2025-ci il Qaqa albomunda bir qədər yersiz olduğunu vurğulayıb. The New York Times-dan Lindsey Zoladz mahnının bir qədər zəif olduğunu düşünür.
Kommersiya performansı "LoveDrug" "Mayhem" albomunun çıxmasından sonra bir neçə ölkədə siyahıya daxil oldu. Mahnı, dünyada ən çox dinlənilən və ən çox satılan mahnıları sıralayan Billboard Global 200 siyahısında 103-cü yerdə qərarlaşdı. ABŞ-da Billboard Hot 100 siyahısında 95-ci yeri tutdu və 22 mart 2025-ci il həftəsində Hot Dance/Pop Songs siyahısında 9-cu yerə çatdı. Kanadada Canadian Hot 100 siyahısında 88-ci yerə yüksəldi. Birləşmiş Krallıqda Böyük Britaniyanın "Singles Downloads" siyahısında 76-cı, "Singles Sales" siyahısında isə 80-ci yerə çıxdı. Fransada mahnı SNEP Top 200 siyahısında 183-cü yerə daxil oldu.
Canlı ifa və media istifadəsi Qaqa ilk dəfə Mayhem Ball turu (2025–2026) çərçivəsində "LoveDrug" mahnısını canlı ifa etmişdir. 29 sentyabr 2025-ci il tarixində Londonda keçirilən konsertdə performans daxilində təqdim edilmişdi. "LoveDrug" mahnısı sadələşdirilmiş variantda Qaqanın 2026-cı ilin yanvar ayında Los-Ancelesdəki Viltern Teatrında tamaşa zamanı qeydə alınan canlı albomu və konsert filmi daxilində çəkilərək 14 may 2026-cı ildə Apple Music Live: Mayhem Requiem adı ilə yayımlanmışdır. Əsərdə elektronika və səs kodlu vokal elementləri öz əksini tapmışdır.
Mahnı "Cümə axşamı Qətl Klubu" (2025) () filmində yer alır.
Çartlar Çartlar (2025)yeriKanada Hot 100 (Billboard)88Fransa (SNEP)183 Böyük Britaniya Single Downloads (OCC)76Böyük Britaniya Single Sales (OCC)80 Hot Dance/Pop Songs (Billboard)9Global 200 (Billboard)103Billboard Hot 10095
İstinadlar
Kateqoriya:Ledi Qaqa mahnıları Kateqoriya:2025-ci ilin mahnıları