thumb|Avstriyada Türk Günü (Vyana) thumb|справа|London şəhərində Türk festivalı. Avropa türkləri və ya Avropadakı türklər — Avropada yaşayan türk əsilli insanlar.

Avropalı türklər Mərkəzi və Qərbi Avropada yaşayan böyük türk diasporları, eləcə də keçmiş Osmanlı İmperiyasında, Rusiyada və digər Avropa ölkələrində yaşayan türk icmalarına aiddir. Avropalı türklər termini Türkiyənin Avropa hissəsində yaşayan türkləri də əhatə edir. Kiprdə yaşayan Kipr türk icması da adanın Avropa Birliyinə daxil olmasından sonra Avropalı türklər olaraq təyin edilmişdir. Termin müxtəlif türk dillərində danışan və Osmanlı dövründən əvvəl Avropada yaşayan Rumıniya tatarları, qaqauzlar, kəraimlər və urumlar, qırımçaqlar kimi türk qruplarına daha az tətbiq olunur.

Tarixi

Türklərin Avropaya ilk köçü Böyük Hun İmperiyasının dağılmasından sonra, türk tayfalarının qərbə doğru köç etdiyi zaman baş vermişdi.

Osmanlı İmperiyası dövründə (1299-1923) türklər Avropa ərazilərini müstəmləkə etməyə başladılar. Bu icmalar Osmanlı hakimiyyəti dövründə bu ölkələrə köç etdikləri üçün müasir türk diasporasının bir hissəsi sayılmırlar. Bununla belə, bu əhali müxtəlif millətlərdən olsalar da, hələ də müasir türk vətəndaşları ilə eyni etnik, dil, mədəni və dini kökləri bölüşürlər.

Birinci Dünya Müharibəsindən sonra Avropa ölkələri xarici işçi qüvvəsini cəlb etməyə başladı. 1950-ci illərdə fərdi sahibkarlar özəl vasitəçilər vasitəsilə Avropaya gedirdilər.

Kütləvi əmək miqrasiyası səbəbindən türklər Avstriya, Danimarka, Almaniya və Hollandiyada ən böyük etnik azlıq olublar. Avropanın digər yerlərində, Şimali Amerikada və keçmiş Sovet İttifaqı ölkələrində də türk icmaları var.

XX-ci əsrin birinci yarısında Niderland, Belçika və Avstriya, Fransa, İsveçə, Balkanlara, Almaniyaya, Bolqarıstana, Qərbi və Şimali Avropaya türk köçü əhəmiyyətli dərəcədə artdı. Eynilə, Əlcəzair, Tunis Fransanın müstəmləkə hakimiyyəti altına düşməsindən sonra orada yaşayan türklər əsasən Fransaya mühacirət etdilər. Bunun əksinə olaraq, 1944-cü ildə İkinci Dünya Müharibəsi zamanı Gürcüstanın Mecxetiya vilayətindən zorla deportasiya edilən türklər Sovet İttifaqının digər bölgələrində, xüsusilə də Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynada məskunlaşıblar.

XX-ci əsrdə türk bolqarları, kipr türkləri, türk rumınları Aİ vətəndaşları olaraq Qərbi Avropaya köçmək hüququndan istifadə ediblər. Bundan əlavə, İraq və Suriya türkmənləri Avropaya əsasən İraq və Suriya vətəndaş müharibəsindən sonra - 2015-ci ildə Avropa miqrant böhranından sonra gəliblər.

1970-ci illərdə türklər müvəqqəti yaşayış yerlərindən daimi işə keçdilər. Sosial hüquqlar qazandılar, birliklər yaratdılar.

Statistik məlumatlar Almaniya Almaniya Federal Statistika İdarəsinin (DESTATIS) məlumatına görə, Almaniyada türk əsilli əhalinin ümumi sayı 2024-cü ildə 3 milyonu keçib.

Fransa

Fransada təxminən 900.000 türk əsilli insan əsasən Paris, Lion, Strasburq və Marsel kimi böyük şəhərlərdə yaşayır. Təhsildə, siyasətdə, iqtisadiyyatda və mediada təsirli rol oynayan bu qürbətçilər ölkənin sosial strukturunda mühüm yer tuturlar.

Niderland Hollandiya Mərkəzi Statistika İdarəsinin məlumatına görə, türklərin və türk əsilli insanların ümumi sayı: Türk əsilli Hollandiya vətəndaşları: 457,100 Türkiyə vətəndaşlığını saxlayanlar: 92.331 Ümumi: 549.431

Qeyri-rəsmi məlumatlara görə bu rəqəm 700 minə çatır. Hollandiyada yaşayan türklər ölkədə Hollandlardan sonra ikinci ən böyük etnik qrupdur.

Avstriya Türk əsilli Avstriya vətəndaşları 2025-ci il miqrasiya və inteqrasiya hesabatına görə, Avstriyada yaşayan əcnəbilər arasında üçüncü yerdədir. Hazırda Avstriyada 125 min Türkiyə vətəndaşı yaşayır. Türk əsilli Avstriya vətəndaşları da əlavə olunduqda bu sayı təxminən 360.000-ə çatır. Türklər Avstriyanın Vorarlberq, Zalsburq və paytaxt Vyanada cəmləşiblər.

İsveçrə Türklər İsveçrədə əhəmiyyətli əhali təşkil edir. Burada 150.000-dən çox türk yaşayır. Bununla belə, İsveçrə vətəndaşlığı almış və ikili vətəndaşlığı olan türk əsilli əhalinin ümumi sayı 180.000 - 200.000 arasında olduğu təxmin edilir.İsviçre’deki Türk nüfusu 200 bine yaklaştı Cenevrədən əlavə Sürix və Bazel şəhərləri, həmçinin Arqau kantonu türk əhalisinin cəmləşdiyi mühüm mərkəzlər kimi seçilir.

İsveç İsveç Xarici İşlər Nazirliyinin məlumatına görə, İsveçdə 100.000-dən çox türk əsilli insan yaşayır.Hangi ülkede kaç Türk var?

Danimarka Danimarka əhalisinin rəsmi qurumlarının statistikasının rəsmi məlumatına görə, Danimarkada 75.000 türk əsilli insan yaşayır.

Birləşmiş Krallıq Birləşmiş Krallıqda yaşayan türk əsilli əhalinin sayı 500.000-dən çoxdur. Bu rəqəmə Türkiyə Respublikası vətəndaşları ilə yanaşı, Şimali Kipr Türk Respublikasının vətəndaşları, ikili vətəndaşlar və son illərdə müxtəlif ölkələr vasitəsilə Britaniyaya mühacirət edən şəxslər də daxildir.

Yunanıstan Yunanıstanda 90.000-150.000 arasında etnik türk yaşayır. Onların əksəriyyəti ölkənin şimal-şərqindəki Qərbi Frakiya vilayətində və Dodekanes adalarında, Rodos və Kos kiçik adalarda məskunlaşıb.

Belçika Belçikada türk əsilli vətəndaşların sayı təxminən 220-300 mindir. Onlar xüsusilə paytaxt Brüssel, Antverpen, Gent kimi sənaye və ticarət mərkəzlərində yaşayırlar. Belçika türkləri hazırda ölkənin ticarət, təhsil, incəsənət və siyasət kimi bir çox fərqli sahələrdə aktiv rol oynayırlar.Turkey´s Political Relations with Belgium

Norveç Norveçdə yaşayan türk əhalisinin sayı təxminən 28.000 nəfərdir. Onlar əsasən paytaxt Oslo və Drammen, Stavanger, Tronheym və Bergen şəhərlərində yaşayırlar.

İtalya İtaliyada yaşayan türk əsilli insanların sayı müxtəlif mənbələrə görə dəyişir. Rəsmi məlumatlara görə, İtaliyada təxminən 35-50 min türk əsilli vətəndaş yaşayır. Türklərin əksəriyyəti paytaxt Roma, Milan şəhərləri və Liquriya regionunda yaşayır.Turchi in Italia

Rumıniya Rumıniyada 40000-ə yaxın türk vətəndaşı yaşayır. Türklər ən çox Dobruca, Konstansa şəhərlərində taşayır.

Finlandiya Finlandiyada təxminən 10.000-15.000 türk yaşayır. Bu əhali paytaxt Helsinki və onun ətrafında cəmləşib.

Polşa Polşada 10 minə yaxın Türk vətəndaşı yaşayır.

İspaniya İspaniyada 6-7 minə yaxın Türk yaşayır. Türklər Kataloniya bölgəsində, Barselonada daha çox çəmləşiblər.

Ukrayna Ukraynada yaşayan türk vətəndaşlarının sayı təxminən 20 min idi, lakin müharibə başladıqdan sonra onların sayı azaldı.Ukrayna’da kaç bin Türk vatandaşı yaşıyor?

Lixtenşteyn Lixtenşteyndə 544-ə yaxın Türk vətəndaşı yaşayır. Əhalisinin təxminən 35%-ni əcnəbilər təşkil edən bu ölkənin türk icması ümumi xarici əhalinin təxminən 4 %-ni təşkil edərək ən böyük xarici icmalar arasında 7-ci yerdədir.

İstinadlar

Xarici keçidlər Yurt Dışında Yaşayan Türk Vatandaşları (T.C. Dışişleri Bakanlığı)

Kateqoriya:Anadolu türkləri Kateqoriya:Avropada yaşayan etnik qruplar