Əbu Ubeyd ibn Məsud ibn Əmr əs-Səqəfi (; ) — Ömər dövrü Raşidi xilafəti sərkərdəsi.

Həyatı Əbu Ubeyd əs-Səqəfi Muxtar əs-Səqəfinin və Abdullah ibn Ömərin həyat yoldaşı Safiyyənin atasıdır. Məhəmmədin sağlığında müsəlman olmuş və Ömər tərəfindən 1000 nəfərlə birlikdə Nəmariqə göndərilmişdi.

O, burada Caban ilə Mərdanşahın liderliyindəki Sasani qüvvələrini məğlub edərək ilk qələbəsini qazanmış və iki sərkərdəni də əsir götürmüşdü. Kəskər döyüşündə də qələbə qazanan Əbu Ubeyd əs-Səqəfi çoxlu qənimət əldə etmişdi.

Döyüşdən qaçan düşmən əsgərlərini təqib edən Əbu Ubeyd əs-Səqəfi, Rüstəm və Boranın göndərdiyi qüvvələri də Səqətiyədə məğlub etmişdi.

O, Hirə yaxınlığında Galinuş qüvvələrində məğlub etmiş, bundan sonra Rüstəm bu orduya yeni qüvvələr və fillər əlavə edərək yenidən Əbu Ubeyd əs-Səqəfinin üzərinə göndərmişdi.

634-cü ildə baş verən Körpü döyüşündə Əbu Ubeyd əs-Səqəfinin strateji xətası ucbatında müsəlmanlar məğlub olmuş, özü isə bu döyüşdə öldürülmüşdü. Raşidi xilafəti qüvvələri isə Müsənna ibn Harisənin başçılığı altında geri çəkilmişdi.

İstinadlar

Kateqoriya:Heyvanların hücumu nəticəsində ölümlər Kateqoriya:Raşidi xilafətinin valiləri Kateqoriya:Səhabələr