Tirol FK ( hərfi mənası: Vattens İdman Cəmiyyəti Tirol) — Avstriyanı təmsil edən peşəkar futbol klubu.

Daha çox WSG Tirol kimi tanınan klub, Avstriyanın Tirol əyalətinin Vattens qəsəbəsini təmsil edir. "Tirol FK" Avstriya futbol liqası sisteminin ən yüksək pilləsi olan Avstriya Bundesliqasında çıxış edir.

1930-cu ildə qurulan klub Tirol Futbol Assosiasiyasına tabedir. Komanda ev oyunlarını 2019-cu ildən bəri əsaslandıqları Tivoli Stadion Tirolda keçirir. 1969–70-ci illər mövsümündə onlar həmin dövrdə Avstriya futbolunun ən yüksək divizionu olan Milli Liqada (Nationalliga) çıxış etmişlər.

Tarixi Klub 1930-cu ildə yaradılmış və tarixən "SC Wattens" (1930–53), "SV Wattens" (1953–71) və "WSG Wattens" (1984–2019) adları ilə tanınmışdır. Klubun ən uğurlu dövrü Avstriya Bundesliqasında mübarizə apardığı 1968–71-ci illərə təsadüf edir. 1971 və 1984-cü illər arasında klub "Vaker İnsbruk" FK ilə birləşərək "SSW Innsbruck" komandasını formalaşdırdı (birləşmiş komanda sonradan beş dəfə Bundesliqanın qalibi oldu və 1977–78-ci illər mövsümündə Avropa Kubokunun 1/4 finalına qədər irəlilədi). Bu dövrdə klub gənclər komandaları sayəsində öz kimliyini qoruyub saxlaya bildi. 1984-cü ildən etibarən "WSG Wattens" Qərb Regionalliqasında və ikinci səviyyəli Birinci Liqada çıxış etməyə başladı.

2019-cu ildə onlar Bundesliqaya yüksəldilər. Yüksəlişdən sonra klub adının "WSG Swarowski Tirol" olaraq dəyişdiriləcəyini elan etdi. Lakin 2021-ci ildə "Swarovski" şirkəti sponsorluğa son qoydu və şirkətin adı həm klubun adından, həm də biznesdən çıxarıldı.

260px|thumb|"Vattens"in liqa performansının tarixi qrafiki

Stadionu "WSG Tirol" ev oyunlarını Vattensdəki Qernot Langes Stadionunda keçirir. Stadionun tutumu 5500 nəfərdir. 2010–11-ci illər mövsümü üçün komandanın ev oyunlarında orta tamaşaçı sayı 289 nəfər olmuşdur. Stadion bəzən beynəlxalq matçlar üçün də istifadə olunur; məsələn, 2010-cu ildə Səudiyyə Ərəbistanı və Nigeriya arasında keçirilən yoldaşlıq oyunu burada baş tutmuşdur.

2013-cü ildə uzun illər klubun prezidenti olmuş Qernot Langesin 70 illik yubileyi şərəfinə stadionun adı "Qernot Langes stadionu" olaraq dəyişdirildi.

Stadion hazırda Bundesliqa standartlarına cavab vermir, bu səbəbdən 2023-cü ilin yayına qədər 6 000 yerlik müasir stadion yaratmaq məqsədilə yenidənqurma işləri planlaşdırılmışdır. Bu müddət ərzində klub İnsbrukdakı Tivoli Stadionundan istifadə edəcək.

Nailiyyətləri Avstriya İkinci Divizionu: Qalib (1): 2018–19 Avstriya İkinci Divizionu (Qərb): Qalib (1): 1968 Avstriya Üçüncü Divizionu (Qərb): Qalib (4): 1989, 1995, 1999, 2003, 2016

Cari heyət

Klub rəsmiləri VəzifəHeyət Baş məşqçi Filip Semlits Köməkçi məşqçi Martin Şveynoxa Manuel Lüdviqer Qapıçı məşqçisi Mişa Todeşini Ferdinand Osvald Atletika və reabilitasiya məşqçisi Mixael Ölknext Video analitik Sebastyan Ungerank Komanda həkimi Qreqor Unterberger Klemens Burqstaller Fizioterapevt Anya Pöltsl Patrik Qrassniq Komanda meneceri Ştefan Kök Təchizatçı Mattias Peters Avtobus sürücüsü Servet Şişman

Baş məşqçilərin tarixi

Frits Pfister (1964–1970) Eduard Frühvirt (1970–1971) Huqo Perveyn (1989–1990) Günter Rinker (1991–1994) Fridrix Peer (1994–1997) Volfqanq Şvarts (1997–2000) Günter Ştaynlexner (2000–2001) Fuad Culiç (2001) Mixael Ştrayter (2001–2002) Qeorq Saringer (2005) Tomas Pfayler (2006–2007) Klaus Şuster (2007) Robert Auer (2007–2008) Roland Kirxler (2008–2012) Robert Vatsinger (2012–2013) Tomas Zilberberger (2013–2024) Filip Semlits (2024-)

Həmçinin bax Avstriya İkinci Liqası

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı Rəsmi facebook səhifəsi

Kateqoriya:Avstriya futbol klubları Kateqoriya:1930-cu ildə yaradılmış futbol klubları Kateqoriya:1930-cu ildə Avstriyada yarananlar Kateqoriya:İnsbruk-Land rayonu Kateqoriya:Tirol FK