Xumarta — Azərbaycan Respublikasının Laçın rayonunun İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Xumarta kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Toponimikası Kəndin əsl adı Xumartıdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini atlıxan nəsli salmışdır. Oykonim Xumar (şəxs adı) və tı/ti (kürd dilində "kənd" deməkdir) sözlərindən düzəlib, "Xumara məxsus kənd" mənasındadır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

Əhalisi 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 100 nəfər olmuşdur.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Laçın rayonunun kəndləri