Bilnə — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun Vərgədüz kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Vərgədüz inzibati ərazi vahidində yerləşən kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. Toponim talış dilində "bil" (bataqlıq, sucaq yer) və "nə" topoformantının birləşməsindən yaranıb, "bataqlıqda yaşayış yeri" mənasındadır.

Lerik rayonunun Aşağı Bilnə (indiki Bilnə) kəndi XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "tunel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır.

Şəxsləri Samir Əsədli (1983–) — Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini və VHP-in Mərkəzi İcra Aparatının rəhbəri. Aslan Quliyev (1957–) — Azərbaycan Yazıçılar Birliyinın üzvü, yazıçı–publisist.

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri