Antimacarizm (həmçinin madyarofobiyaViktor Karády, The Jews of Europe in the Modern Era: A Socio-Historical Outline, Central European University Press, 2004, p. 223András Bán, Hungarian-British Diplomacy, 1938–1941: The Attempt to Maintain Relations, Routledge, 2004, p. 128 və ya anti-madyarizm kimi də tanınır) — macarlara qarşı yönəlmiş düşmənçilik, saymazlıq, irqçilik və ya ksenofobiyadır. Bu məfhum, macar xalqına, dilinə və mədəniyyətinə qarşı nifrət, təhqir, inamsızlıq, qorxutma, qorxu və düşmənçiliyi özündə birləşdirə bilər.
Tarixi
Macarıstan-Xorvatiya krallığının mövcudluğu dövründə Bosniya banatı guya katar anti-papası Nikitanı himayə etməkdə ittiham olunurdu. Macarıstan və Xorvatiya krallığının güclü katolik təsiri altında olduğunu, Bosniyanın isə desentralizasiya olunmuş yerli kilsəyə sahib olduğunu nəzərə alaraq, Papa III Honori Nikitanı zərərsizləşdirmək üçün Bosniyaya müdaxilə edilməsini təkid etmişdir; bu addım həm də Macarıstanın Bosniyanı öz nəzarəti altına almasına şərait yaradırdı. Daha sonra, 1235-ci ildə Macarıstan, Papa IX Qriqorinin bəraəti ilə Bosniya banatını tabe etmək üçün Bosniya səlib yürüşünə başlamışdır. Lakin 1241-ci ildə monqolların Macarıstana hücum etməsinə görə macarlar səlib yürüşünü tamamilə dayandırmaq və öz ordularını monqollara qarşı mübarizədə dəstəkləmək üçün Macarıstana qayıtmaq məcburiyyətində qalmışdılar. Bu zaman Bosniya əvvəllər işğal olunmuş ərazilərini geri qaytarmışdır. Bu münaqişə dövlət daxilində anti-macar əhval-ruhiyyəsini alovlandırmış və bu tendensiya Bosniyanın Osmanlı tərəfindən işğalından sonra da davam etmişdir.
Avstriya-Macarıstan monarxiyası dövründə Vyanadakı saray uqrofobiyanın (macarofobiyanın) təsiri altında idi, lakin macar mülkədar zadəganları da öz növbəsində germanofobiya əlamətləri nümayiş etdirirdilər.Michael Hochedlinger, Austria's Wars of Emergence: War, State and Society in the Habsburg Monarchy, 1683–1797, Pearson Education, 2003, p. 25 XVIII əsrdə, Rakotsinin rəhbərlik etdiyi müstəqillik müharibəsinin başa çatmasından sonra, Macarıstan krallığının az məskunlaşmış cənub hissələrinə çoxlu sayda mühacir gəlmişdir: məsələn, 800 yeni alman kəndi salınmışdır.Thomas Spira, German-Hungarian relations and the Swabian problem: from Károlyi to Gömbös, 1919–1936, East European quarterly, 1977, p. 2 Hakimiyyət qeyri-macar mühacirlərə üstünlük verirdi. Habsburqlar macarları "siyasi cəhətdən etibarsız" hesab edirdilər və buna görə 1740-cı illərə qədər onların cənub ərazilərində məskunlaşmasına icazə verilmirdi.Károly Kocsis, Eszter Kocsisné Hodosi, Ethnic Geography of the Hungarian Minority on the Carpathian Basin, Simon Publications LLC, 1998, pp 140-141 Mütəşəkkil köçürmə siyasəti Habsburqlar tərəfindən planlaşdırılmışdı. Bu köçürmə siyasəti anti-macar xarakterli bir xətt kimi qiymətləndirilirdi,Hídfő könyvtár, Volume 8, Issue 1, p. 48Istvàn Sisa, Magyarságtükör: nemzet határok nélkül, Püski, 2001, p. 99 Sitat: "Magyarellenes betelepítési politika. A felszabadulást követően a Habsburgok olyan betelepítési politikát alkalmaztak, mely még tovább gyengítette a magyarok helyzetét." Tərcümə: "(Bölmə adı) Anti-macar köçürmə siyasəti. Azad olunmadan sonra Habsburqların tətbiq etdiyi köçürmə siyasəti macarların mövqeyini daha da zəiflətdi." çünki Habsburqlar protestant macarların üsyan qaldıracağından ehtiyat edirdilər.Tibor Iván Berend, Éva Ring, Helyünk Európában: nézetek és koncepciók a 20. századi Magyarországon, Volume 1, Magvető, 1986, p. 144 Sitat: "A Habsburg-csaləd azonban a kálvinista magyarok lázadásától való félelmében az évszázados török háborúk által elpusztított területen magyarellenes telepítési politikát kezdeményezett" Tərcümə: "Habsburqlar sülaləsi yüzillik türk müharibələri nəticəsində dağılmış ərazilərdə kalvinist macarların üsyanından qorxduqları üçün anti-macar köçürmə siyasətinə başladılar"
1848–1849-cu illərdə Transilvaniyada baş vermiş kütləvi qırğınlar zamanı doqquz ayrı hadisədə minlərlə macar öldürülmüş, eyni zamanda rumınlar da qətlə yetirilmişdir. Bu hadisələr 1940–1944-cü illərdə Transilvaniyada törədilən kütləvi qırğınlar zamanı da təkrarlanmış, həmin dövrdə rumınlar macarlara qarşı, macarlar isə rumınlara qarşı bir neçə qətliam törətmişdilər.
Müasir dövr
1918–1939-cu illərdə Çexoslovakiyadakı azlıqlar fərdi azadlıqlardan yararlanır və dövlət tərəfindən lazımi qaydada tanınırdılar. Ölkədə üç macar və ya macar yönümlü siyasi partiya fəaliyyət göstərirdi:
Macar-Alman Sosial-Demokrat Partiyası Macar Milli Partiyası Regional Xristian-Sosialist Partiyası
İkinci Dünya müharibəsindən sonra Çexoslovakiya kommunist dövlətinə çevrilmişdir. Kommunist birpartiyalı sistemə keçid dövründə alman və macar milli azlıqlarının Çexoslovakiyadakı etnik anklavlardan məcburi şəkildə köçürülməsinə imkan verən fərmanlar qüvvəyə minmişdir. Bu proses zamanı macarlar Çexiyanın sərhədlərində yerləşən keçmiş Sudet vilayətinə məcburi köçürülmüşdülər. Çexoslovakiya hökuməti 1945-ci ildən 1948-ci ilə qədər olan dövrdə Slovakiya ərazisindən 44,129-dan çox macarı Sudet vilayətinə məcburi əməyə cəlb etmək üçün deportasiya etmişdir.Eleonore C. M. Breuning, Dr. Jill Lewis, Gareth Pritchard, Power and the people: a social history of Central European politics, 1945–56, Manchester University Press, 2005, p. 140Anna Fenyvesi, Hungarian language contact outside Hungary: studies on Hungarian as a minority language, John Benjamins Publishing Company, 2005, p. 50 Sözügedən Beneş fərmanları Çexiyada hələ də hüquqi qüvvəsini hifz edib saxlayır.
Slovakiya
Slovakiyada macar və macar yönümlü siyasi partiyalar siyasi sistemin sabit bir hissəsidir. Anti-macar əhval-ruhiyyəsi xüsusilə Vladimir Meçiarın üçüncü hökuməti dövründə kəskin tənqidə məruz qalmışdır. Keçmişdə dırnaqarası "macar kartı"ndan əsasən Slovakiya Milli Partiyası (SNS) macar milli azlığına xüsusi statusun verilməsinə qarşı istifadə etmiş; bu partiya macar azlığının Slovakiya cəmiyyətinə tam asimilasiya olunmasını müdafiə etmişdir. Partiya Slovakiyadakı macarların əslində həddindən artıq imtiyazlı olduğunu iddia edir. SNS rəyasət heyətindəki kadr dəyişikliklərindən sonra partiya bu cür ritorikadan imtina etmiş və 2016-cı ildə macar yönümlü Most partiyası ilə bərabər hökumət yaratmışdır.
Slovakiyadakı bəzi ifrat sağçı təşkilatların anti-macar ritorikası tarixi stereotiplərə, müştərək tarixdəki münaqişələrin millətçi mövqedən şərhinə və son hadisələrə əsaslanır. Bu cür şərhlərdə qədim macar tayfalarının gəlişi barbar tayfaların işğalı kimi təsvir edilir və bunun Böyük Moraviyanın süqutuna şərait yaratdığı iddia olunur. Digər mənfi meyillər macarlaşdırma dövrü, müharibələrarası dövrdə Macarıstanın yürütdüyü siyasət, macar azlıq partiyalarının Çexoslovakiyaya qarşı Macarıstan hökuməti ilə əməkdaşlıq etməsi, Birinci Vyana arbitrajı və Slovakiya–Macarıstan müharibəsi ilə əlaqədardır. Macarıstan Slovakiyanın ərazi bütövlüyünü sarsıtmaq cəhdlərində, yerli azlıq siyasətçiləri isə irredentizmdə ittiham olunurlar. Bununla belə, anti-macar əhval-ruhiyyəsi bütün ifrat sağçı təşkilatlar üçün xarakterik deyil; məsələn, "Slovakiya Qardaşlığı" təşkilatının lideri materializm və multikulturalizmə qarşı macar ifrat sağçı təşkilatları ilə əməkdaşlığın zəruriliyini vurğulamışdır.
Slovakiya vətəndaşı olub-olmamasından asılı olmayaraq, qadınlar soyadlarının sonuna qadın cinsini bildirən (qadın soyadlarının hallanması üçün istifadə edilən) Slovakiya şəkilçisi -ová əlavə etmək məcburiyyətində idilər.
Slovakiyada macarlara qarşı etnik zəmində törədilmiş zorakılıq hadisələrindən biri Dunayska Streda şəhərində keçirilən futbol matçı zamanı baş vermiş, həmin vaxt Slovakiya polisi macar azarkeşləri ağır şəkildə döymüşdür.
Əksəriyyət təşkil edən slovaklar və macar azlığı öz bərabər yaşayışını əsasən dinc mühitdə xarakterizə edirlər. Məsələn, 2015-ci ildə keçirilmiş rəy sorğusunda respondentlərin 85.2%-i bərabər yaşayışı yaxşı (63.6%-i olduqca yaxşı, 21.6%-i çox yaxşı), yalnız 7.6%-i isə pis (6.3%-i olduqca pis, 1.3%-i çox pis) kimi qiymətləndirmişdir.
Rumıniya
Rumıniyada Çauşesku rejimi Transilvaniyanın qədim tarixinə böyük diqqət ayırırdı. Rumıniyadakı milli-kommunizm ideologiyası Macarıstanın görkəmli tarixi şəxsiyyətlərini (Yanoş Hunyadi və ya Derd Doja kimi) rumınlaşdırma prosesinə tabe tutaraq, onları Rumıniya tarixinin mərkəzi fiqurlarına çevirməyə yönəlmişdi.Lucian Boia, History and Myth in Romanian Consciousness, Central European University Press, 2001, p. 222 Sitat: "....Thanks to the trios of Gelu, Glad and Menumorut, and Horea, Cloșca and Crișan, the Transylvanian heroes are actually more numerous than those of Wallachia or Moldavia, illustrating the obsession with Transylvania and the Hungarophobia that became accentuated towards the end of the Ceaușescu era."
İstinadlar
Biblioqrafiya
Kateqoriya:Macarıstan cəmiyyəti Kateqoriya:Etnofobiya Kateqoriya:Macarofobiya