Transilvaniya — Rumıniyanın mərkəzi hissəsində yerləşən tarixi vilayət.
Qədim dövrlərdə Transilvaniya Dakiya dövlətinin və Roma Dakiyasının bir hissəsi olmuşdur. X əsrdən etibarən Transilvaniya Macarıstan krallığının tərkibinə daxil edilmişdir. 1526-cı ildə baş vermiş Moxaç döyüşündən sonra Transilvaniya Şərqi Macarıstan krallığının bir hissəsi olmuş, daha sonra isə bu ərazidə XVI–XVII əsrlərdə Osmanlı imperiyasının vassalına çevrilən Transilvaniya knyazlığı yaranmışdır. XVII əsrin sonunda Transilvaniya Habsburqlar imperiyasının nəzarəti altına keçmişdir.
1437-ci ildən 1848-ci ilə qədər Transilvaniyada siyasi hakimiyyət əsasən macar zadəganları, alman bürgerləri və sekellər (macar etnik qrupu) arasında bölünmüşdü; baxmayaraq ki, vilayətin əsas əhali qruplarını rumınlar, macarlar (əsasən sekellər) və almanlar təşkil edirdi. Buna görə Transilvaniya, Habsburqların nəzarəti altında olan Macarıstana nominal olaraq tabe edilsə də, ayrıca bir statusa malik idiPeter F. Sugar. «Southeastern Europe Under Ottoman Rule, 1354—1804» (History of East Central Europe), University of Washington Press, July 1983, page 163, http://books.google.com/books?id=LOln4TGdDHYC&pg=PA163&dq=independent+principality+that+was+not+reunited+with+Hungary&lr= John F. Cadzow, Andrew Ludanyi, Louis J. Elteto, Transylvania: The Roots of Ethnic Conflict, Kent State University Press, 1983, page 79, http://books.google.com/books?id=fX5pAAAAMAAJ&q=diploma+leopoldinum+transylvania&dq=diploma+leopoldinum+transylvania&lr=&pgis=1 Paul Lendvai, Ann Major. The Hungarians: A Thousand Years of Victory in Defeat C. Hurst & Co. Publishers, 2003, page 146; http://books.google.com/books?id=9yCmAQGTW28C&pg=PA146&dq=diploma+leopoldinum+transylvania&lr= və birbaşa imperiya hökumətinin idarəetmə obyekti idi.Transylvania. (2009). In Encyclopædia Britannica. Retrieved July 7, 2009, from Encyclopædia Britannica Online: http://www.britannica.com/EBchecked/topic/603323/Transylvania Praktikada Transilvaniya 1867-ci ilə qədər Macarıstandan idarə olunurdu.Diploma Leopoldinum. (2009). In Encyclopædia Britannica. Retrieved July 07, 2009, from Encyclopædia Britannica Online: http://www.britannica.com/EBchecked/topic/1459175/Diploma-Leopoldinum Avstriya-Macarıstan kompromisindən sonra Transilvaniyanın xüsusi statusu ləğv edilmiş və o, Avstriya-Macarıstanın bir hissəsi olan Macarıstan krallığına (Transleytaniya) birləşdirilmişdir. Birinci Dünya müharibəsindən sonra Transilvaniya Rumıniyanın tərkibinə daxil olmuşdur. 1940-cı ildə Şimali Transilvaniya İkinci Vyana arbitrajının nəticəsi olaraq yenidən Macarıstana qaytarılsa da, İkinci Dünya müharibəsindən sonra yenidən Rumıniyanın bir hissəsi olmuşdur.
Özünəməxsus tarixi sayəsində Transilvaniya əhalisi etnik, dil, din və mədəni baxımdan olduqca rəngarəngdir. Hazırda əhalinin əksəriyyətini rumınlar təşkil edir, lakin böyük milli azlıqlar (əsasən macarlar və qaraçılar) öz ənənələrini hifz edib saxlayırlar. Bununla belə, kommunizm dövründə Rumıniyadakı etnik münasibətlər beynəlxalq problem olaraq qalırdı. Rumıniyada demokratiyanı bərpa edən 1989-cu il inqilabından sonra bu gərginlik azalsa da, tamamilə yox olmamışdır. Səciyyəvi haldır ki, Transilvaniyada böyük bir macar azlığı yaşayır və onların təxminən yarısından bir qədər az hissəsi özünü sekellər kimi eyniləşdirir.Population census of 2002 — recensamant 2002 --> rezultate --> 4. POPULATIA DUPA ETNIE Transilvaniyadakı etnik almanlar (yerli olaraq "sakslar" kimi tanınırlar) hazırda əhalinin cəmi 1%-ni təşkil edir. Buna baxmayaraq, qədim Avstriya və alman təsiri Transilvaniyanın böyük bir hissəsinin memarlığında və şəhər landşaftında aşkar izlər qoymuşdur.
Regionun tarixi həm də sakinlərinin dini mənsubiyyətində özünü göstərir. Transilvaniya rumınlarının əksəriyyəti pravoslavdır, hərçənd ki, XVIII–XX əsrlərdə Rumıniya Yunan-Katolik Kilsəsi də mühüm nüfuza malik olmuşdur. Macarlar isə əsasən Roma-Katolik kilsəsinə və ya Reformasiya (Kalvinist) kilsəsinə mənsubdurlar; həmçinin az sayda uniatlar da mövcuddur.
İstinadlar
Biblioqrafiya
History of Transylvania, Volume I-III (2001-2002) online Jókai, Mór. The Golden Age in Transylvania (1898) online Oțetea, Andrei and Andrew MacKenzie. A Concise History of Romania (1985) online Scholten, Jaap. Comrade Baron: A Journey Through the Vanishing World of the Transylvanian Aristocracy (2016)
Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Rumıniya tarixi Kateqoriya:Transilvaniya tarixi