Əhmədrza Radanhttps://modern.az/az/dunya/419061/iran-huquq-muhafize-quvvelerinin-bash-komandani-moskvada/ () () — İran hərbçisi, 2023-cü ilin yanvar ayından etibarən İranın polis rəisi, yəni İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı. O, islamın şəriət qanunlarının tətbiqinə çalışması və 2009-cu ildə İranda baş tutmuş etiraz aksiyalarının yatırılmasındakı rolu ilə tanınmışdır.

O, əvvəllər İslam Respublikası Hüquq-Mühafizə Qüvvələri komandanının müavini və Tehranın polis rəisi vəzifələrində çalışmış, "qeyri-islami" saç düzümləri və geyim üslublarına qarşı həyata keçirdiyi sərt tədbirlərlə yadda qalmışdır.

Əhmədrza Radan 2025–2026-cı illərdə İranda baş verən etiraz aksiyaları zamanı ölkə polisinə rəhbərlik etmişdir. Sözügedən nümayişlər əsnasında İran təhlükəsizlik qüvvələri tərəfindən 30.000 ilə 35.000 arasında etirazçının qətlə yetirildiyi bildirilmişdir.

Karyerası Əhmədrza Radan karyerasına İran–İraq müharibəsi dövründə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü kimi başlamışdır. O, İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrində müxtəlif vəzifələr tutmuş, o cümlədən Rəzəvi Xorasan ostanının polis rəisi olmuşdur.

Əhmədrza Radan islama uyğun geyim qaydalarının sərt şəkildə tətbiq edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və cinayətkar dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətindəki fəaliyyətinə görə geniş tanınmışdır. O, əvvəllər Kürdüstan, Sistan və Bəlucistan, Xorasan və İranın strateji baxımdan ən mühüm bölgəsi hesab olunan Tehran ostanı da daxil olmaqla, bir neçə mühüm regionda yüksək rütbəli polis vəzifələrini icra etmişdir.

2007-ci ildə Tehranın əxlaq polisinə komandanlıq etdiyi dövrdə o, polisin növbəti həftənin əvvəlindən etibarən münasib olmayan geyimli qadınlara qarşı reydlərə başlayacağını bəyan etmişdir. O, qısa üst geyimləri ilə yanaşı, dar şalvarların uzun çəkmələrin içərisinə salınmasının və hicab əvəzinə papaq və ya kepka taxılmasının islama uyğun geyim qaydalarına zidd olduğunu bildirmişdir. Bununla yanaşı, o, "müasir və qeyri-ənənəvi saç düzümü" olan gənclərin də həbs edilməsinə çağırmış və əxlaq polisini xüsusi nəqliyyat vasitələri ilə təmin etmişdir.

2009-cu ildə İran Yaşıl Hərəkatına qarşı çıxaraq bu nümayişləri yatırmış, insan hüquqlarını pozduğuna görə isə əvvəlcə Amerika Birləşmiş Ştatları, daha sonra isə Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmışdır. Nümayişçiləri kəskin ifadələrlə hədəf alan Əhmədrza Radan etirazçıların amansızlıqla zərərsizləşdirilməsi, nümayişlərin yatırılması və qalan şəxslərin layiq olduqları cəzanı almaları üçün Kəhrizək həbsxanasına göndərilməsi barədə polisə təlimat vermişdir.

Amerika Birləşmiş Ştatları Əhmədrza Radanı digər amillərlə yanaşı, İran vətəndaşlarına və ya onların ailə üzvlərinə qarşı törədilən ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan, bu əməllərdə iştirak edən, yaxud bu cür pozuntuların törədilməsinə əmr verən, onlara nəzarət edən və ya istiqamətləndirən bir şəxs kimi sanksiya siyahısına daxil etmişdir.

O, 2025–2026-cı illər İrandakı etiraz dalğası zamanı da İran polisinin rəhbəri vəzifəsində olmuşdur və bu hadisələr gedişində İran təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində təxminən 30.000 ilə 35.000 arasında nümayişçinin həyatını itirdiyi təxmin edilmişdir.

2026-cı ilin mart ayında Əhmədrza Radan etirazçıların düşmən maraqlarına xidmət etdiyini iddia etmiş, bu şəxslərə qarşı düşmən kimi rəftar olunacağını bəyan etmişdir.

İctimai Təhlükəsizlik Planı və Əxlaq Kampaniyası 2007-ci ildə Əhmədrza Radan İctimai Təhlükəsizlik Planının icrasına başlamışdır. Bu plan çərçivəsində polis ictimai təhlükəsizliyi artırmaq məqsədilə onlarla "cinayətkar və xuliqanı" həbs etmişdir. Həmin şəxslər bəzən məhəllə sakinlərinin gözü qarşısında, kameralar önündə döyülmüş, yaxud boyunlarına tualet təmizliyində istifadə olunan su qabları asılaraq gəzdirilməyə məcbur edilmişdir.Thug” Crackdown Operation on way in Iran (ROOZ :: English)

Həbs olunanlar arasında 1999-cu ilin iyul ayında baş verən tələbə iğtişaşları zamanı da saxlanılaraq altı ay müddətinə azadlıqdan məhrum edilmiş gənc iranlı Meysəm Lütfi də var idi. Valideynlərinin bildirdiyinə görə, onun 1999-cu il hadisələri istisna olmaqla, heç bir cinayət keçmişi və ya qanunsuz fəaliyyəti olmamış, əvvəllər heç vaxt həbs edilməmiş və ya həbsxanaya düşməmişdir. Meysəm Lütfi barəsində ilkin olaraq edam hökmü çıxarılmışdır, lakin məsələnin mediada geniş işıqlandırılması, valideynlərinin və insan hüquqları müdafiəçilərinin səyləri nəticəsində bu cəza sonradan üç illik həbs qətiimkan tədbiri ilə əvəzlənmişdir. Onun ilkin vəkili Əbdülfəttah Soltani olmuşdur.

Suriyada 2011-ci ildə Əhmədrza Radan Suriyada baş tutan etiraz aksiyalarının yatırılmasında yerli təhlükəsizlik xidmətlərinə dəstək vermək məqsədilə Dəməşq şəhərinə səfər etmişdir.

İtkin düşməsi 19 may 2024-cü il tarixində Əhməd Rza Radan Tehranın Nərmək məhəlləsində itkin düşmüşdür. Yayılan şayiələrdə onun silahlı hücum nəticəsində öldürüldüyü iddia edilmişdir. 29 may 2024-cü il tarixində Əhmədrza Radan adlı bir şəxs sağ olduğunu bəyan etmiş, lakin onun harada olduğu hələ də məlum olmamışdır. Bir il sonra, 13 iyun 2025-ci il hadisələri zamanı o, birbaşa efirdə yenidən televiziyada görünmüşdür.

Sanksiyalar 2010-cu ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi insan hüquqları pozuntularına görə Əhmədrza Radana qarşı sanksiyalar tətbiq etmişdir. Qurumun bəyanatında qeyd olunmuşdur ki, Radan polis rəisinin müavini vəzifəsini icra edərkən 2009-cu ildə İranda keçirilən prezident seçkilərindən sonrakı nümayişlər zamanı etirazçıların döyülməsi, qətlə yetirilməsi və həbs edilməsinə görə məsuliyyət daşımışdır.

13 aprel 2011-ci il tarixində Əhmədrza Radan İran vətəndaşlarının hüquqlarının kütləvi və ciddi şəkildə pozulmasına, habelə bir sıra qətllərə görə Avropa İttifaqı tərəfindən sanksiya siyahısına salınmışdır. Avropa İttifaqının bəyanatına əsasən, o, polis rəisinin müavini kimi 2009-cu il seçki sonrakı etirazlar zamanı polisin nümayişçilərə qarşı tətbiq etdiyi fiziki zorakılıq, qətl, əsassız həbs və saxlama hallarında birbaşa iştirak etmişdir.

18 sentyabr 2024-cü il tarixində Kanada hökuməti Əhmədrza Radan ilə yanaşı, İslam Respublikasının qadınlara, qızlara və azlıqlara qarşı yönəlmiş repressiv və ayrı-seçkilik siyasətinin həyata keçirilməsinə birbaşa məsul olan daha dörd rəsmi şəxsə sanksiya tətbiq etmişdir. Sanksiya qaydaları siyahıya alınmış şəxslərlə hər hansı əməliyyatların aparılmasını qadağan edir, onların Kanadada yerləşən aktivlərini dondurur, həmçinin Kanada immiqrasiya qanunvericiliyinə əsasən bu şəxslərin ölkəyə girişini və immiqrasiyasını qeyri-qanuni hesab edir.

Əhmədrza Radan ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmasını özü və bütün hərbi komandirlər üçün bir şərəf olduğunu iddia etmişdir. O, şəhid olmağın və sanksiyaya məruz qalmanın onun üçün eyni dərəcədə qürurverici olduğunu bildirmişdir. Radan bu sanksiyaları İslam Respublikasına xidmət müqabilində verilmiş bir fəxri medal, yəni "şərəf nişanı" kimi dəyərləndirmişdir.

2025–2026-cı illər etirazları 2025–2026-cı illərdə İranda baş verən etiraz aksiyalarından, törədilən qətliamlardan və internetin kəsilməsindən sonra o, 19 yanvar 2026-cı il tarixində bəyanat yaymışdır. O, hökumətin "iğtişaş" kimi xarakterizə etdiyi nümayişlərdə iştirak etmək üçün "aldadılmış" etirazçılara təslim olmaq üçün üç gün vaxt verildiyini bildirmişdir.

İstinadlar

Kateqoriya:İran hərbçiləri