thumb|356x356px|Üzərində Tubə ağacı təsvir edilmiş xalı (Məşhəd muzeyi) Tubə () — Qurana görə cənnətdəki bir ağacla əlaqəli termin.

Etimologiya İslam mənbələrində bu sözün mənşəyi və mənası haqqında fərqli izahlar vardır. Bu sözün ərəb dilindəki "tyb" () kökündən törəyib "gözəllik, xoşluq, yaxşılıq göz aydınlığı" kimi mənalar bildirdiyi, cənnətdəki bir ağacı bildirdiyi, həbəş və ya hind dilində cənnətin adı olaraq istifadə edildiyi qeyd edilmişdir.

Təfsirlərdə Quranda bu sözdən yalnız Rəd surəsi 19-cu ayədə istifadə olunmuşdur: Yuxarıdakı ayədə istifadə olunmuş "tubə" ifadəsi üçün klassik təfsirlərdə oxşar rəvayətlər nəql edilmişdir. Vəqiə surəsinin ayələrində cənnət ağaclarından bəhs olunarkən də eyni rəvayətlərə yer verilmişdir. Bu rəvayətlərin (hədislərin) bir hissəsi birbaşa "tubə"yə ithafla cənnətdəki ağacı təsvir edir. Digər bir hissəsi isə sadəcə cənnət təsvirlərindən bəhs edir. Məhəmməd Həmdi Yazıra görə ayədə keçən "tubə ləhum" ifadəsi "salamun əleykum" kimi bir dua cümləsidir.

Hədis mənbələrində Hədis mənbələrinə "tubə" ilə bağlı bir neçə rəvayət vardır. Onlardan birinə görə bu sözün mənasını soruşan bir nəfərə Məhəmməd belə cavab vermişdir:

Başqa bir rəvayətdə isə cənnətdə "tubə" adlı bir ağacın olduğu, güclü və sürətli ata minmiş bir süvari onun kölgəsində yüz il yol getsə belə, yenə də onu keçib qurtara bilməyəcəyi, onun yarpağının və hələ yetişməmiş meyvəsinin yaşıl və sərinləşdirici olduğu, çiçəyinin sarı, incə və yüngül, budaqlarının məxmər kimi, qatranının isə zəncəfil və bal kimi olduğu qeyd edilmişdir.

Ədəbi mətnlərdə Türk-İslam ədəbiyyatında, sufi şeirlərində və qəsidələrdə "tubə"dən müxtəlif məna və formalarda bəhs edilmişdir. Əbdülqadir Gilani, Əhmədi-Dai, Əbdülvəsi Çələbi, Mehmed Nəcib Əfəndi, Əhməd Paşa, Nəccarzadə Rza Əfəndi, Nəsimi və başqalarının şeir, hilyə və qəsidələrində "tubə"dən Məhəmməd və cənnətlə əlaqələndirilmiş şəkildə bəhs olunmuşdur.

Həmçinin bax Sidrətül-Müntəha

İstinadlar

Kateqoriya:İslam esxatologiyası Kateqoriya:İslam terminləri Kateqoriya:İslamda ağaclar