Hanna Samson (; ) — polyak psixoloq, jurnalist, yazıçı və feminist. Həyatı Hanna Samson psixoloq, jurnalist, feminist və yazıçı olaraq tanınıb. O, zorakılığa məruz qalan qadınlara psixoloji məsləhət və dəstək verdiyi «Feminoteka» Fondunda qaynar xətt operatoru kimi fəaliyyət göstərir. Hanna Samson Liderlik Təhsili Fondu Mərkəzində qrup terapiyası aparır.

O, Polşanın qadınlar üçün nəzərdə tutulmuş «Twój Styl» jurnalında yazıçı kimi fəaliyyət göstərib. Samson «Sens» və «Business Class» jurnallarında çalışır, həmçinin aylıq qadın jurnalı "Zwierciadło" və həftəlik qadın jurnalı "Wysokie Obcasy"da məqalələr dərc etdirir.

Hanna Samson Polşanın tanınmış psixoloq və psixoterapevti Anjey Samson ilə evli olub. Lakin sonradan onlar boşaniblər. Bu evlilikdən bir qızı var.

Yaradıcılığı O, bədii yaradıcılıqla aktiv məşğul olub və xüsusilə qadın-kişi münasibətləri, feminizm, patriarchat (ataşahlığı) tənqidi və psixoloji mövzularda bir çox kitablar nəşr etdirib. Əsərləri 1996: "Zimno mi, mamo" (Soyuqdur mənə, ana) 2000: "Pułapka na motyla" (Kəpənək tələsi) 2001: "7 opowiadań o miłości i jedno inne" (Sevgi haqqında 7 hekayə və bir başqası) 2004: "Miłość. Reaktywacja" (Sevgi. Reaktivasiya) 2005: "Wojna żeńsko-męska i przeciwko światu" (Qadın-kişi müharibəsi və dünyaya qarşı) 2006: "Pokój żeńsko-męski na chwałę patriarchatu" (Patriarxatın şərəfinə qadın-kişi otağı) 2007: "7 grzechów przeciwko miłości" (Sevgiyə qarşı 7 günah) 2012: "Życie po mężczyźnie" (Kişidən sonrakı həyat) Kino fəaliyyəti Onun 2005-ci ildə yazdığı "Qadın-kişi müharibəsi" (Wojna żeńsko-męska) adlı romanı Polşada çox populyar olub. Hanna Samson özü bu kitab əsasında film ssenarisi yazıb və 2011-ci ildə Polşada eyniadlı komediya filmi ekranlaşdırılıb.

Pedaqoji fəaliyyəti O, həmçinin Polşada qadın liderlərin yetişdirilməsi proqramlarında ("EuroLiderki" məktəbi kimi layihələrdə) mühazirəçi və təlimçi olaraq çıxış edir, qadın hüquqlarının müdafiəsi sahəsində aktiv fəallıq göstərir. İstinadlar

Xarici keçidlər http://lubimyczytac.pl/autor/14824/hanna-samson http://polki.pl/zycie-gwiazd/newsy,hanna-samson,7567396,artykul.html http://www.weranda.pl/styl-zycia-new/znani-i-lubiani-o-domu/na-tarasie-hanny-samson

Kateqoriya:Polşa psixoloqları