Roza Pomerants-Meltser (; died at age 55, Oct. 20, 1934, American Jewish Yearbook, By American Jewish Committee, Jewish Publication Society of America, 1935, p. 270) — Polşalı yazıçı və feminist. O, əsasən Lvov şəhərində fəaliyyət göstərib. Meltser 1922-ci ildə Birləşmiş Milli Yəhudi Partiyaları Komitəsinin üzvü kimi Polşa parlamentinə (Sejm) seçilən ilk yəhudi qadın olub. Sionizmin fəal təbliğatçısı kimi, yerli yəhudi qadın təşkilatlarında, xüsusən də "Yəhudi Qadınlar Dərnəyi"ndə (Koło Kobiet Żydowskich) nüfuzlu bir üzv kimi fəaliyyət göstərib. Həm alman, həm də polyak dillərində yazaraq bir çox yerli və xarici jurnallarla əməkdaşlıq edib, həmçinin beynəlxalq konqreslərdə iştirakçı olub.
Həyatı Roza Pomerants-Meltser 5 noyabr 1880-ci ildə Ternopolda anadan olan Roza Pomerants imkanlı bir yəhudi ailəsində böyüyüb. Məktəb təhsilindən əlavə, o, musiqi və alman dilindən özəl dərslər alıb. Leypsiq Konservatoriyasında üç il təhsil aldıqdan sonra Ternopola qayıdıb və burada yəhudi yetimlərinə, xüsusən də 1903-cü il Kişinyov talanlarından sonra valideynsiz qayıdan uşaqlara yardım göstərən təşəbbüsləri dəstəkləyib. O, 1906-cı ildə dəmir yolu məmuru İsaak Meltser (Izaak Melcer) ilə ailə qurub.
Pomerants həm polyak, həm də alman dillərində çox müxtəlif qəzet və jurnallarda məqalələrlə çıxış edib. Bunların sırasına Lvovun "Wshód" və "Przyszłość" sionist qəzetləri, həmçinin "Die Welt", "Das Israelische Familienblatt", İsveçrənin "Jüdische Arbeiter" və "Dr. Blochs Wochenschrift" nəşrləri daxil olub. Onun əsərləri arasında "Ein Chazarenkönig", "Chancia" kimi qısa hekayələr və ilk dəfə Lvovda polyak dilində səhnələşdirilən "Matka" (Ana) pyesi yer alıb. O, 1920-ci illərdə "Der Chossen Bocher" adlı qısa hekayəsini çap etdirib. Nəticədə, alman dilində sionist nəşrləri oxuyanlar arasında yaxşı tanınıb. O, həmçinin Qalisiya yəhudilərindən bəhs edən "Im Land der Not" kimi romanlar yazıb. Digər əsərləri sırasına "An die jüdischen Frauen: Ein Appell" (1898) və "Der Zionismus und die Frauen" (təxminən 1905) məcmusundakı "Die Bedeutung der zionistischen Idee im Leben der Jüdin" məqaləsi daxil olub.
O, həmçinin müxtəlif şənliklər və tədbirlər təşkil edərək, həm də onlarda şəxsən iştirak edərək Qalisiyadakı sionist gənclərə böyük təsir göstərib. Qadın hərəkatının fəal üzvü olaraq, hələ 1898-ci ildə Strıda (Stryi) sionist qadınlar birliyinin yaradılmasına kömək edib. Bu birlik 1908-ci ildə "Ognisko Kobiet Żydowskich" (Yəhudi Qadınlar Ocağı) kimi qeydiyyata alınıb. 1901-ci ildə Tarnopolda dairə komitəsinin sədri seçilib, 1903-cü ildə isə Qalisiya sionist qadınlar birliyinin yaradılmasını təklif edib ki, bu da 1908-cı ildə Lvovda "Koło Kobiet Żydowskich" (KKZ / Yəhudi Qadınlar Dərnəyi) təşkilatının qurulması ilə nəticələnib. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra o, KKZ nəzdində yəhudi uşaq bağçası (1918) və qızlar üçün sığınacaq/ev (1919) təsis edib.
Pomerants 1911-ci ildə Bazeldə keçirilən 10-cu Sionist Konqresində Qalisiyanı təmsil edib və 1920-ci ildə Londonda yaradılmış Beynəlxalq Qadın Sionist Təşkilatının (WIZO) öncüllərindən birinə çevrilib. 1923-cü ildə Vyanada keçirilən Birinci Ümumdünya Yəhudi Qadınlar Konqresində iştirak edib və Fələstinə mühacirət edən yəhudilərə dəstək göstərilməsini tələb edib.
Roza Pomerants-Meltser 20 oktyabr 1934-cü ildə, 55 yaşında vəfat edib.
İstinadlar
Xarici keçidlər Photograph of Roza Pommerantz from Getty images