Ömər Bolat (30 avqust 1963, İstanbul) — türk iş adamı, akademik, yazıçı və siyasətçi. O, 2023-cü il iyunun 4-də Ticarət naziri vəzifəsinə başlayıb.
Haqqında İlk illəri və təhsili Ömər Bolat 30 avqust 1963-cü ildə İstanbulda anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb.
1984-cü ildə Mərmərə Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər şöbəsini bakalavr diplomu ilə bitirib. Amsterdam Universitetinin Avropa İnstitutunda Avropa İnteqrasiyası üzrə magistratura pilləsini bitirib.
Almaniyanın Kil Universitetinin Dünya İqtisadiyyatı İnstitutundan, Beynəlxalq İqtisadiyyat və Biznes proqramı üzrə magistr dərəcəsi alıb.
Türkiyəyə qayıtdıqdan sonra 30 yanvar 1989-cu ildə Mərmərə Universitetinin Avropa Birliyi İnstitutunda "Avropa pul sistemi" mövzusunda dissertasiya işi ilə doktorluq dərəcəsini almışdır.
1989-cu ildə Gölcükdə hərbi xidmətini başa vurmuşdur.
Dosentlik imtahanından keçərək Universitetlərarası Şura Rəyasət Heyəti tərəfindən 15 fevral 2020-ci il tarixindən etibarən Beynəlxalq İqtisadiyyat sahəsində dosent adı və səlahiyyəti verilmişdir.
İngilis və Alman dillərini bilir.
Karyerası 1981-1993-cü illərdə İqtisadi İnkişaf Fondunda elmi işçi vəzifəsində çalışıb.
1993-cü ildə MÜSİAD təşkilatında baş katib vəzifəsinə başlamışdır. O, MÜSİAD İdarə Heyətində 15 illik fəaliyyəti dövründə sədr müavini və Prezident vəzifələrində çalışıb.
2006-2008-ci illərdə Xarici İqtisadi Əlaqələr Şurasının (TOBB-DEİK) İdarə Heyətinin və İcraiyyə Şurasının üzvü olub.
2015-ci ildə Dərin Ekonomi jurnalında, 2019-cu ildə Z-Raporu iqtisadiyyat jurnalında baş icraçı, yazıçı.
2000-2023-cü illərdə Albayrak Qrupunun Baş koordinatoru vəzifəsində, həmçinin Türk Aerokosmik Sənayesi İdarə Heyətinin üzvü kimi çalışıb."Ömer BOLAT"
Akademik karyerası 2015-2020-ci ilə qədər İstanbul Sabahattin Zaim Universitetində Beynəlxalq İqtisadiyyat, İdarəetmə, Biznesin idarə edilməsi və Sahibkarlıq ixtisasları üzrə doktotantira təhsili alıb. 1 oktyabr 2020-ci il tarixindən etibarən İstanbul Ticarət Universitetinin Biznes Departamentində müəllim kimi fəaliyyətə başlamış və burada "Sahibkarlıq və Yeni Biznes Modelləri" və "Liderlik nəzəriyyələri" kurslarını tədris etmişdir. Ömər Bolat həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çoxsaylı seminar, kurs və simpoziumlarda iştirak edib, çox saylı məqalələri nəşr olununb.
Kitabları Sivilizasiyalar idealı/ Çıxışlar-Müsahibələr (Medeniyet İdeali / Konuşmalar-Söyleşiler) Qardaşlıq ruhu (Kardeşlik ruhu) Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə baxış (Amerika Birleşik Devletleri iş gezisi degerlendirmesi) Liderlik könül məsələsidir (Liderlik gönül işidir)
Siyasi karyerası 2012-2015-ci illərdə, üç il Ədalət və İnkişaf Partiyasında (AK Partiya) Mərkəzi Qərar və İdarəetmə Şurasının üzvü və İqtisadi məsələlər üzrə sədr müavini, 2015-2016-cı illərdə partiyanın Siyasi və Etika Şurasının üzvü vəzifələrində çalışıb.
2023-cü ildə Ömər Bolat prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Ticarət naziri təyin edilib.
Şəxsi həyatı Ömər Bolat ailəlidir, iki uşaq atasıdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İstanbul şəxsləri Kateqoriya:Mərmərə Universitetinin məzunları Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:1963-cü ildə doğulanlar Kateqoriya:Türkiyə professorları