thumb|2016-cı ildə Kiyevdə keçirilən parad zamanı Polşa–Litva–Ukrayna Briqadasının üzvləri.

Litva–Polşa–Ukrayna Briqadası “TLATAS” (LITPOLUKRBRIG; ; ; ) — Litva, Polşa və Ukrayna ordularının bölmələrindən ibarət çoxmillətli briqadadır. Bu briqada Lublin üçbucağı ölkələrinin hərbi əməkdaşlığını təcəssüm etdirir, lakin üçtərəfli razılaşmaya digər dövlətlərin də qoşulması mümkündür.Ukraine, Poland, Lithuania to form joint peacekeeping brigade , Kyiv Post (17 noyabr 2009) Briqadanın yaradılması haqqında saziş 16 noyabr 2009-cu ildə imzalanmışdır. Briqadanın 2011-ci ilin payızında tam fəaliyyətə başlaması planlaşdırılırdı,Combined Ukrainian-Polish-Lithuanian brigade could appear in autumn , Kyiv Post (13 may 2011) lakin proses gecikmiş və 2012-ci ilin yanvarında onun 2013-cü ildə fəaliyyətə başlayacağı ehtimal olunmuşdu. Bölmə nəhayət 19 sentyabr 2014-cü ildə yaradılmışdır. 2015-ci ilin iyulunda üç ölkənin müdafiə nazirləri briqadanın fəaliyyəti haqqında müqavilə imzalamışdırlar.

LITPOLUKRBRIG qərargahı 25 yanvar 2016-cı ildə Lublin şəhərində (Polşa) açılmışdır.Coordination Group discusses LitPolUkrBrig participation in military exercises, Interfax-Ukraine (1 aprel 2016)

Litva və Polşa NATO üzvüdür,Lithuania, Poland, Ukraine create joint brigade, The Baltic Course (17 noyabr 2009) Ukrayna isə NATO-nun “Enhanced Opportunity Partner” statusuna malikdir.

Adı Briqadaya 2017-ci ildə hetman Konstantin Ostrojskinin adı verilmişdir.

Tarixi thumb|İlk loqo.

14 iyun 2007-ci ildə Avropa İttifaqı müdafiə nazirlərinin görüşü zamanı Litva, Polşa və Ukrayna nümayəndələri çoxmillətli hərbi bölmənin yaradılması barədə razılığa gəlmişdilər. Robert Rochowicz, List intencyjny w sprawie LITPOLUKRBRIG podpisany , Polska Zbrojna, 16.11.2009 2008-ci ilin payızında planlaşdırılan bölmənin briqada formatında olacağı müəyyənləşdirilmişdir. Hər üç ölkənin əvvəllər birgə hərbi əməkdaşlıq təcrübəsi mövcud idi; xüsusilə Litva–Polşa Sülhməramlı Batalyonu və Polşa–Ukrayna Sülhməramlı Batalyonu çərçivəsində əməkdaşlıq edilmişdi.

Litva və Polşa NATO üzvü olduğu halda, Ukrayna 2008-ci ilin yanvarında NATO Üzvlük Fəaliyyət Planına qoşulmaq üçün müraciət etmişdi.Ukraine asks to join NATO membership action plan , UNIAN (16 yanvar 2008) 2009-cu ilin noyabrında Litva müdafiə naziri Rasa Yukneviçiene, Polşa müdafiə nazirliyinin nümayəndəsi Stanislav Komorovski və Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Valeri İvaşçenko tərəfindən birgə briqadanın yaradılması haqqında “Niyyət Protokolu” imzalanmışdır. Marcin Wojciechowski, Wspólna brygada Polski, Litwy i Ukrainy , Gazeta Wyborcza, 2009-11-16

17 mart 2014-cü ildə The Daily Telegraph qəzeti Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı xəbərlərində Polşanın müdafiə nazirliyinin Litva–Polşa–Ukrayna briqadasının yaradılması planını yenidən gündəmə gətirdiyini bildirmişdir.

2016-cı ilin fevralında briqada “Brave Band” adlı hərbi təlimlərdə iştirak etmişdir.

Təşkilati quruluş thumb|LITPOLUKRBRIG, 2016

Briqadanın qərargahı və idarə heyəti Lublin şəhərində yerləşir. Milli bölmələr isə öz ölkələrində dislokasiya olunur və yalnız təlimlər və beynəlxalq missiyalar zamanı bir araya gəlirlər. Daimi əməkdaşlıq əsasən qərargah zabitləri arasında həyata keçirilir. Polsko-litewsko-ukraińska brygada do misji pokojowych , Gazeta Wyborcza (16 noyabr 2009)

Briqadanın əsas məqsədi NATO, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilən tapşırıqları yerinə yetirməkdir.Poland, Lithuania eye military tie-up with Ukraine, Reuters (17 noyabr 2009) Briqadanın iş dili ingilis dili olaraq müəyyən edilmişdir. List intencyjny w sprawie LITPOLUKRBRIG podpisany , Ministry of National Defence of the Republic of Poland (16 noyabr 2009)

Hər bir üzv ölkə briqadaya piyada batalyonu, xüsusi təyinatlı heyət və qərargah əməkdaşları göndərir. Əsas qüvvələri Litvanın Böyük Hersoginya Birutė Ulan batalyonu, Polşanın 3-cü Mexanikləşdirilmiş Batalyonu və Ukraynanın 80-ci Hava Hücum Briqadasının 1-ci Hava Hücum Batalyonu təşkil edir.

Siyasi əhəmiyyəti Litva, Polşa və Ukrayna arasında saziş Avropa İttifaqı ilə Rusiya arasında əməkdaşlığın müzakirə olunduğu sammitdən iki gün əvvəl imzalanmışdı. Analitiklər briqadanın yaradılmasının Rusiyanın narazılığına səbəb ola biləcəyini düşünürdülər, çünki Rusiya Ukraynanın NATO-ya yaxınlaşmasına qarşı çıxırdı.Medvedev warns on Nato expansion , BBC News (25 mart 2008)

Polşanın müdafiə nazirinin müavini Stanislav Komorovski bu addımın “Ukraynanı Qərb strukturlarına, o cümlədən hərbi strukturlara yaxınlaşdırmaq məqsədi daşıdığını” bildirmişdir.

2009-cu ildə Gazeta Wyborcza qəzeti Yuliya Timoşenkonun 2010-cu il Ukrayna prezident seçkilərində qalib gələcəyi təqdirdə briqadanın reallaşma ehtimalının daha yüksək olacağını yazmışdı. Brygada godna pochwały , Gazeta Wyborcza (16 noyabr 2009) Seçkilərdə Viktor Yanukoviç qalib gəlsə də,Profile: Viktor Yanukovych , BBC News briqadanın yaradılması üzrə hazırlıqlar davam etdirilmişdir.Vice Minister of National Defence Vytautas Umbrasas met with Vice Minister of Defence Poland , Ministry of Defense of the Republic of Lithuania (15 mart 2010)

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi zamanı briqada Polşa–Ukrayna sərhədi yaxınlığında qaçqın düşərgələrində fəaliyyət göstərmiş, Ukrayna hərbçilərinin ailələrinə və mülki şəxslərə yardım göstərmişdir. Eyni dövrdə briqada haqqında saxta xəbərlər yayılmış və onun Cənubi Ukraynada döyüş əməliyyatlarına göndərildiyi iddia edilmişdir. Lakin LITPOLUKRBRIG-in rəsmi Twitter hesabı bu məlumatları təkzib etmişdir.

İstinadlar

Xarici keçidlər List intencyjny w sprawie LITPOLUKRBRIG podpisany Polish Ministry of Defense official announcement (November 16, 2009)

Kateqoriya:Polşa briqadaları