Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramı (United Nations Human Settlements Programme; UN-Habitat) — BMT-nin insan məskənləri və davamlı şəhər inkişafı sahəsində fəaliyyət göstərən proqramı. Bu proqram 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının insan məskənləri və davamlı şəhəri inkişafı (Habitat I) adlı ilk konfransın nəticəsi olaraq təsis edilmişdir. Həmin konfrans 1976-cı ildə Vankuver şəhərində keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramının mənzil-qərargahı BMT-nin Nayrobi ofisi daxilində yerləşir. Proqram BMT Baş Assambleyası tərəfindən sosial və ekoloji baxımdan davamlı şəhər və yaşayış məntəqələrinin inkişafının təşviq edilməsi, habelə hər kəsin adekvat yaşayış sahəsi ilə təmin olunması məqsədilə mandatlandırılmışdır. Eyni zamanda, UN-Habitat BMT İnkişaf Qrupunun üzvüdür.
Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramının mandatı 1996-cı ildə İstanbul şəhərində keçirilmiş United Nations Conference on Human Settlements (Habitat II) çərçivəsində qəbul olunmuş “Habitat Gündəliyi”ndən irəli gəlir. “Habitat Gündəliyi”nin əsas iki məqsədi hər kəs üçün adekvat yaşayış şəraitinin təmin edilməsi və urbanizasiya edən dünyada davamlı insan məskənlərinin inkişaf etdirilməsidir.
Fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramının mandatı həmçinin BMT Baş Assambleyasının bir sıra qətnamələrindən irəli gəlir. Belə ki, Baş Assambleyanın 3327 (XXIX) saylı qətnaməsi ilə Birləşmiş Millətlər Təşkilatının insan məskənləri fondu təsis edilmiş; 32/162 saylı qətnamə ilə Birləşmiş Millətlər Təşkilatının insan məskənləri mərkəzi yaradılmış; 56/206 saylı qətnamə ilə isə İnsan Məskənləri Komissiyası və BMT-nin İnsan Məskənləri Mərkəzi (Habitat), o cümlədən BMT Habitat və İnsan Məskənləri Fondu, Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramının strukturuna çevrilmişdir.
Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramının mandatı həmçinin beynəlxalq səviyyədə razılaşdırılmış digər inkişaf məqsədlərindən, o cümlədən BMT-nin Minillik Bəyannaməsi çərçivəsində müəyyən edilmiş hədəflərdən qaynaqlanır. Bunlara xüsusilə 2020-ci ilə qədər ən azı 100 milyon gecəqondu sakininin həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması məqsədi daxildir. Bundan əlavə, World Summit on Sustainable Development-in İcra Planında nəzərdə tutulmuş su və sanitariya ilə bağlı hədəf təhlükəsiz içməli suya və əsas sanitariya xidmətlərinə davamlı çıxışı olmayan insanların nisbətinin 2015-ci ilə qədər yarıya endirilməsini nəzərdə tuturdu.
Baş Assambleyanın 65/1 saylı qətnaməsi vasitəsilə üzv dövlətlər mövcud hədəflərdən kənara çıxaraq gecəqondusuz şəhərlərin formalaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirməyə, gecəqondu əhalisinin sayını azaltmağa və həmin ərazilərdə yaşayan insanların həyat şəraitini yaxşılaşdırmağa sadiqliklərini ifadə etmişlər.
Fəaliyyət və layihələr Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramı dünyanın beş qitəsində 70-dən çox ölkədə fəaliyyət göstərir və əsasən aşağıdakı yeddi istiqamətə fokuslanır:
şəhər qanunvericiliyi, torpaq və idarəetmə; şəhərsalma və dizayn; şəhər iqtisadiyyatı; əsas şəhər xidmətləri; mənzil təminatı və gecəqonduların yenidən qurulması; risklərin azaldılması və reabilitasiya; şəhər tədqiqatları və potensialın inkişafı.
Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramı yerli tərəfdaşlarla əməkdaşlıq edir. Məsələn, Doh Eain təşkilatı ilə birlikdə Yangon şəhərində şəhər regenerasiyası və tarixi irsin qorunması istiqamətində layihələr həyata keçirilir.
Ümumdünya şəhərsalma forumu Ümumdünya Şəhərsalma Forumu 2001-ci ildə BMT tərəfindən dünyanın üzləşdiyi ən mühüm problemlərdən biri olan sürətli urbanizasiya və onun icmalar, şəhərlər, iqtisadiyyatlar, eləcə də iqlim dəyişikliyi üzərində təsirlərinin araşdırılması məqsədilə təsis edilmişdir.
Son iyirmi il ərzində Dünya Şəhər Forumu davamlı urbanizasiya sahəsində aparıcı qlobal konfransa çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatının insan məskənləri proqramı tərəfindən təşkil olunan forum qeyri-qanunverici xarakter daşıyan unikal platforma olmaqla yanaşı, şəhər problemlərinə həsr edilmiş ən inklüziv beynəlxalq toplantılardan biri hesab olunur.
İlk forum 2002-ci ildə Nayrobi şəhərində keçirilmiş və həmin vaxtdan etibarən dünyanın müxtəlif ölkələrində təşkil olunmağa davam etmişdir. Forum iki ildən bir dünyanın fərqli məkanlarında keçirilir.
İstinadlar
Kateqoriya:BMT