Con QyordonNobel Laureate Professor Sir John Gurdon dies aged 92 (англ.) — 2025.John Gurdon, Nobel laureate who laid groundwork for cloning, dies at 92 (англ.) — Washington Post, 2025. — ISSN 0190-8286 — () Britaniyalı bioloq və Şinya Yamanaka ilə bərabu "Yetkin hüceyrələrin pluripotent olması üçün yenidən proqramlaşdırıla biləcəyini kəşf etdiklərinə görə" 2012-ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.The 2012 Nobel Prize in Physiology or Medicine - Press Release (англ.). Nobel Media. Дата обращения: 8 октября 2012. Архивировано 13 декабря 2012 года.

London Kral Cəmiyyətinin üzvü (1971-ci ildən),John Gurdon Архивная копия от 12 августа 2019 на Wayback Machine (англ.) ABŞ Milli Elmlər Akademiyasının (1980-ci ildən)Гердон, Джон на сайте Национальной академии наук США (англ.) və Fransa Elmlər Akademiyasının (1989-cu ildən)John Gurdon Архивная копия от 25 сентября 2020 на Wayback Machine (фр.) xarici üzvü.

Həyat yolu

Con Qyordon 2 oktyabr 1933-cü ildə Birləşmiş Krallıqda anadan olmuşdur. İton kollecində təhsil aldıqdan sonra Oksford Universitetində oxumuşdur. Əvvəlcə klassik ədəbiyyat, lakin sonradan zoologiyaya üzrə təhsil almışdır. Onun doktorluq dissertasiyası caynaqlı qurbağa hüceyrələrinin nüvə transplantasiyası ilə əlaqədar olmuşdur.Gurdon, John (1961). Studies on nucleocytoplasmic relationships during differentiation in vertebrates (англ.). University of Oxford. Daha sonra C.Qyordon elmi fəaliyyətini Kaliforniya Texnologiya İnstitutunda davam etdirmişdir.Rodney Porter Lectures: Biography (англ.). Department of Biochemistry, University of Oxford. Дата обращения: 8 октября 2012. Архивировано 13 декабря 2012 года. 1962-ci ildən 1971-ci ilə qədər Oksford Universitetinin Zoologiya kafedrasında işləmişdir. 1971-ci ildən 1983-cü ilə qədər Qyordon Kembric Universitetində Molekulyar Biologiya Laboratoriyasında işləmişdir. 1983-cü ildən öldüyü günə qədər o, Kembric Universitetinin Zoologiya kafedrasının üzvü olmuşdur. 1989-cu ildə o, Kembricdə Hüceyrə Biologiyası və Onkologiya İnstitutunu təsis etmiş və 2001-ci ilə qədər onun direktoru vəzifəsində işləmişdir. 1994-cü ildən 2002-ci ilə qədər C.Qyordon Kembric Universitetinin Maqdalena Kollecinin magistri olmuşdur. 2012-ci ildə Con Qyordon Şinya Yamanaka ilə bərabər "Yetkin hüceyrələrin pluripotent olmaq üçün yenidən proqramlaşdırıla biləcəyini kəşf etdiklərinə görə" Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülmüşdürlər.Нобелевская премия по физиологии и медицине 2012 года. NobelPrize.org (8 октября 2012). Дата обращения: 8 октября 2012.

Mükafatları

1985-ci ildə — Kral Medalı

1987-ci ildə — Biologiya üzrə Beynəlxalq Mükafatı

1989-cu ildə — Volf Mükafatı

2003-cü ildə — Kopli Medalı

2009-cu ildə — Rozenstiel Mükafatı

2009-cu ildə — Əsas Tibbi Tədqiqatlar üzrə Albert Lasker Mükafatı

2012-ci ildə — Fiziologiya və ya tibb üzrə Nobel mükafatı

İstinadlar

Kateqoriya:Britaniya bioloqları Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XXI əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:İngiltərə bioloqları Kateqoriya:Protestantlar Kateqoriya:Sitoloqlar