Əbu İshaq İbrahim ibn Məhəmməd ibn Əli ibn Abdullah əl-İmam əl-Abbasi (; ) — dini-siyasi lider. O, Mənsur və Səffahın qardaşıdır.
Həyatı İbrahim əl-İmam hicri 82-ci (701) ildə Hümeymədə doğulub.
Hicri 125-ci (743) ildə atası Məhəmməd ibn Əli tərəfindən imam təyin edilib. İki il sonra hicri 127-ci (745) ildə yeznəsi Əbu Sələm Həfs ibn Süleyman əl-Həllalı Kufəyə baş naqib təyin edib. Həmin il həcc mövsümündə Məkkədə öz tərəfdarları ilə görüş keçirib. Bu görüşdə Əbu Müslüm əl-Xorasanidə iştirak edib.
Xorasanda əlverişli mühit yarandıqda ora öz yerinə naib olaraq Əbu Müslüm adlandırdığı mövlasını göndərib (128/746). Bu müddət ərzində onun müxtəlif mərkəzlərdəki naqibləri Əməvilər əleyhindəki propaqandalarını gücləndiriblər. Nəticədə Əməvilərin hərbi, inzibati və mailiyyə siyasətindən narazı olan ərəblərin böyük çoxluğu Əməvilərə qarşı çıxışlara qoşulmağa başlayıblar.
25 Ramazan 129-cu (9 iyun 747) ildə İbrahim əl-İmamın əmri ilə qara paltar geymiş və qara bayraqlar qaldırmış Abbasi tərəfdarları üsyan qaldırıblar. Xorasan nəzarətə götürüldükdən sonra İbrahim əl-İmam tərəfdarlarını İraqa doğru istiqamətləndirib.
Üsyanın qərbə doğru yayılmağa başladığı vaxtda İbrahim əl-İmam, Əməvi xəlifəsi II Mərvan tərəfindən həbs edilib və o, həbsdəykən gizlincə öz yerinə qardaşı Səffahı imam təyin edib.
Bir müddətdən sonra Harrana nəql edilib və orada, həbsdə vəfat edib (131 və ya 132/749). Onun həmin tarixdə taundan öldüyü və ya Əməvilər tərəfindən edam edildiyi də qeyd edilib.
İstinadlar
Kateqoriya:VIII əsr ərəbləri