Zeynəb Altıok (; ) — türkiyəli siyasətçi və Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili. 2015-ci ilin iyun və noyabr aylarında keçirilən Türkiyə ümumi seçkilərində CHP-nin İzmir millət vəkili olaraq məclisə daxil olan Altıok, 19 il ərzində çoxmillətli reklam agentliklərində müştəri əlaqələri koordinatoru və qrup rəhbəri vəzifələrində çalışıb. O, Metin Altıok, Füsun Akatlının qızıdır. Erkən həyatı və karyerası Zeynəb Altıok 3 yanvar 1969-cu ildə Ankarada anadan olub. O, İstanbul Universitetinin Sosial Antropologiya fakültəsini bitirdikdən sonra, 19 il ərzində müxtəlif transmilli reklam agentliklərində müştəri əlaqələri koordinatoru və qrup rəhbəri vəzifələrində çalışıb, daha sonra karyerasını peşəkar kommunikasiya məsləhətçisi kimi davam etdirib. İnsan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən Altıokun ikisi toplu, ikisi isə esse olmaqla 4 kitabı nəşr olunub. Onun qələmə aldığı məqalələr, esselər, həmçinin mədəniyyət və incəsənət mövzusunda verdiyi müsahibələr müxtəlif qəzet və jurnallarda işıq üzü görüb.

Siyasi fəaliyyəti Zeynəb Altıok 2012-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul il təşkilatının sədr müavini, 2014-cü ildə isə CHP Partiya Məclisinin üzvü seçilib. Heç bir partiyanın təkbaşına iqtidar olmaq üçün lazım olan mandat sayına çata bilmədiyi 2015-ci ilin iyun ayında, keçirilən Türkiyə ümumi seçkilərində CHP-dən İzmir millət vəkili olaraq ilk dəfə məclisə seçilib. 2015-ci ilin noyabrında keçirilən Türkiyə ümumi seçkilərində yenidən CHP-dən İzmir millət vekili olaraq məclisə seçilib.

İstinadlar

Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:İstanbul Universiteti Ədəbiyyat fakültəsinin məzunları