Okan Koçuk () — Süper Lig təmsilçisi Samsunspor klubunda qapıçı mövqeyində çıxış edən türk peşəkar futbolçu.
Peşəkar karyera Koçuk peşəkar debütünü 1 mart 2015-ci ildə Süper Lig çərçivəsində Mersin İdmanyurduna qarşı keçirilən və Bursasporun 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda edib.
2016-cı ildə o, icarə əsasında Bandırmaspor klubuna göndərilib. 2017-ci ildə isə İstanbulspor klubunda icarə əsasında çıxış edib.
Qalatasaray 18 iyul 2019-cu ildə Koçuk azad agent kimi Qalatasaray klubu ilə dörd illik müqavilə imzalayıb.Okan Kocuk Galatasaray'da
Giresunspor (icarə) 9 iyul 2021-ci ildə Galatasaray klubu qapıçı Koçukun mövsümün sonuna qədər Süper Ligin yeni təmsilçisi Giresunspor klubuna icarəyə verildiyini açıqlayıb.
Qalatasaraya qayıdış Koçuk 2022–23 mövsümündə Qalatasarayın heyətində Süper Lig çempionu olub. Komanda 30 may 2023-cü ildə keçirilən 36-cı tur oyununda səfərdə Ankara Gücünü 4:1 hesabı ilə məğlub edərək mövsümün bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, klub tarixinin 23-cü çempionluğu olub.
19 iyun 2023-cü ildə Koçukun Galatasaray klubundan ayrıldığı açıqlanıb və klub tərəfindən ona təşəkkür mesajı yayımlanıb.
Samsunspor 19 iyun 2023-cü ildə Koçukun Samsunspor klubu ilə üç illik müqavilə imzaladığı açıqlanıb.
Koçuk 2024–25 Süper Lig mövsümündə 14 "quru oyun" göstəricisi ilə liqada ən çox qapısını toxunulmaz saxlayan qapıçı olub. Samsunspor mövsümü üçüncü pillədə başa vurub.
Beynəlxalq karyera Koçuk Türkiyənin bütün aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.
2017-ci ilin noyabr ayında Koçuk Türkiyə milli komandasına çağırılsa da, əsas komandada debüt etməyib.
Karyera statistikası
+Appearances and goals by club, season and competitionClubSeasonLeagueCupEuropeOtherTotalDivisionAppsGoalsAppsGoalsAppsGoalsAppsGoalsAppsGoalsBursaspor2013–14Süper Lig0000——002014–15Süper Lig104000—502015–16Süper Lig0010—00102018–19Süper Lig22000——220Total230500000280Bandırmaspor (loan)2016–171. Lig23020——250İstanbulspor (loan)2017–181. Lig34030——370Galatasaray2019–20Süper Lig904000001302020–21Süper Lig1001000—1102022–23Süper Lig2030——50Total210800000290Giresunspor (loan)2021–22Süper Lig32000——320Samsunspor2023–24Süper Lig36000——3602024–25Süper Lig36000——360Total72000——720Career total205018000002230
Fəxri adlar Qalatasaray
Super Liqa : 2022–23 Türkiyə Super Kuboku : 2019
Xarici keçidlər
Istanbulspor Profile Archived 2018-05-24 at the Wayback Machine
Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Giresunspor FK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1995-ci ildə doğulanlar Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Türkiyə U-16 milli futbol komandası futbolçuları