Tropoya ( və ya Tropoja) — Albaniyanın şimal-şərqində, Kukes vilayətində yerləşən bələdiyyə.

Tarixi etnoqrafik Qyakova dağlıq bölgəsinin (Gjakova Highlands) daxilində yerləşir. Bələdiyyə, hazırda inzibati vahidlərə çevrilmiş Bayram Kurri, Buyan, Bıtıç, Fierzə, Lekbibay, Lluqay, Marqeqay və Tropoya ərazilərindən ibarətdir. Bələdiyyənin inzibati mərkəzi Bayram Kurri şəhəridir.

Albaniya Statistika İnstitutunun 2023-cü il siyahıyaalınmasına əsasən, Tropoya inzibati vahidində 2.560 nəfər, bələdiyyənin ümumi ərazisində isə 14.189 nəfər yaşayır.

Etimologiyası Tropoyanın köhnə adı Trebopolye idi və bu ad Serbiya orta əsr nizamnamələrində, eləcə də Osmanlı dəftərlərində qeyd olunmuşdur. Sözün mənşəyi qədim slavyan dilindəki trebiti ("təmizləmək") və polje ("tarla", "meydan") sözlərindən gəlir, yəni "təmiz tarla" deməkdir.

Tarixi Bölgədə İlliriya tayfaları məskunlaşmışdı. Ərazidə tapılan qalalar və kurqanlar kimi arxeoloji sübutlar bu yerin qədim zamanlardan bəri məskunlaşıldığını göstərir. Bölgə Dardani tayfalarının coğrafi yayılma arealında yerləşir.

Coğrafiyası Tropoya bələdiyyəsi şimal-şərqi Albaniyada, Valbona çayının sahilində, Albaniya Alpları arasında yerləşir. Şimal-qərbdə Monteneqro, şimal-şərq və şərqdə isə Kosovo ilə həmsərhəddir. Valbona Vadisi Milli Parkı Tropoyanın şimal-qərbində yerləşir və Valbona vadisi ilə Qaşi çayını qoruyur. Bu ərazi, Karpatların və Avropanın digər bölgələrinin qədim və ilkin fıstıq meşələrinin bir hissəsi olaraq UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Bələdiyyənin ərazisi 1057,3 km²-dir.

İqlimi Köppen iqlim təsnifatına görə, Tropoya okean iqlimi (Cfb) zonasının kənarında yerləşir və illik orta temperaturu 10,2 °C-dir.

Tanınmış şəxsiyyətləri Albana Osmani Azem Haydari Besnik Mustafay Binak Aliya Eryon Dollapi Fatimə Sokoli Hacı Zeka Marko Xoca Mits Sokoli Sali Berişa Şpend Draqobiya Skender Qeqa Pyeter Proqni

İstinadlar

Xarici keçidlər tropoje.gov.al – Rəsmi saytı Kateqoriya:Albaniya şəhərləri