Əbu Ubeydə Məmər ibn əl-Müsənna ət-Teymi əl-Bəsri (; ) və ya sadəcə Əbu Ubeydə () — Bəsrə dilçilik məktəbinə mənsub olan filoloq, müfəssir, əxbər və nəsəb alimi.

Bioqrafiyası 728-ci ildə Bəsrədə anadan olub.

Əbu Zeyd əl-Ənsari, Əsmai, Əbu Əmr ibn Əla və başqa alimlərdən dərslər alıb.

Əbu Ubeyd Qasım ibn Səllam, İshaq əl-Mövsili, Əbu Hətim əs-Sicistani və başqaları ona tələbəlik ediblər.

Bütün ömrünü Bəsrədə keçirsə də, bir neçə dəfə Bağdada da getmişdir. Burada o, Əsmai ilə birlikdə Harun ər-Rəşid ilə görüşmüş və ədəbi məclislərdə iştirak etmişdir.

Məmər ibn Müsənna, Məmunun xəlifəlik dövründə Bəsrədə vəfat etmişdir.

O, "Məcazül-Quran", "Nəqaizu Cərir vəl-Fərəzdəq" və başqa əsərlərin müəllifidir.

Həmçinin bax Əl-Əsmai Əbu Zeyd əl-Ənsari

İstinadlar

Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:VIII əsr ərəbdilli şairlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri