Nedo Turkoviç () — Bosniyalı keçmiş futbolçu. Karyerası ərzində əsasən hücumçu kimi çıxış etmişdir.

Klub karyerası Karyerası ərzində Turkoviç vətənində "Jelezniçar Sarayevo", "Napredak", "Travnik", "Lovçen", "Olimpik Sarayevo", Qazaxıstanda "Akjayık", Azərbaycanda Şüvəlan, Sloveniyada "Brejitse", Hindistanda "NEROCA" və Maltada "Kormi" klublarında oynamışdır. O həmçinin Rumıniyanın "Turris Turnu Maqurele" və "Arceş Piteşti", Səudiyyə Ərəbistanının isə "Əl-Təqəddüm" komandalarında çıxış etmişdir.

NEROCA 2017-ci ilin dekabrında Hindistanın I-Liqa təmsilçisi "NEROCA" ilə müqavilə imzalayaraq "Layonq" üzərində 1–0 hesablı qələbə qazandıqları oyunda debüt etmişdir. Turkoviç Avropada oynadığı vaxtla müqayisədə orada daha yüksək maaş aldığını bildirmiş və Hindistanda qiymətlərin çox baha olmadığını, klubun isə ehtiyacı olan hər şeyi təmin etdiyini əlavə etmişdir. O, 2018-ci ilin oktyabrında "NEROCA" klubunu tərk etmişdir.

Kormi 26 oktyabr 2018-ci ildə Turkoviç Malta Premyer Liqası klubu olan "Kormi" ilə müqavilə imzalamışdır.Nedo Turković pronašao novi klub at sportsport.ba, 26 October 2018 3 yanvar 2019-cu ildə Turkoviç klub üçün cəmi 3 liqa oyununda iştirak etdikdən sonra "Kormi"dən ayrılmışdır.Nedo Turković napustio Maltu at sportsport.ba, 3 January 2019

Turris Turnu Maqurele 18 iyul 2019-cu ildə Turkoviç Rumıniyanın İkinci Liqa təmsilçisi "Turris-Oltul Turnu Maqurele" ilə müqavilə imzalamışdır.Turris a câştigat amicalul cu Progresul Spartac. Una dintre ultimele două nouţăti din lotul lui Lincar, un bosniac, a reuşit o "dublă". liga2.prosport.ro, 18 July 2019

Əl-Divaniyə 2021-ci ildə İraqın "Əl-Divaniyə" klubuna keçmişdir.

Svadhinata 19 noyabr 2021-ci ildə Turkoviç Banqladeş Premyer Liqası klubu olan "Svadhinata"ya qoşulmuşdur.

Abahani Limited Dəkkə 7 aprel 2022-ci ildə digər Benqal klubu "Abahani Limited Dəkkə" 2022 AFC Kubokuna hazırlıq məqsədilə Turkoviçlə müqavilə imzalamışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:AZAL Bakı PFK futbolçuları